Netanyahu onlara müraciət etdi
Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.
İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinin bütün qonşuları ilə sülhə can atdığını və onların arasında “azad İran” görmək istədiyini bildirib.
O bu barədə “X” sosial şəbəkəsində yayımlanan İran xalqına videomüraciətində bildirib.
“Biz sizinlə sülh istəyirik, bilirəm ki, siz də bunu istəyirsiniz. Ancaq sizə zülm edən və bizi təhdid edən bir rejimin hökmranlığı altında əziyyət çəkirsiniz”, – İsrailin Baş naziri deyib.
O, həmçinin qeyd edib ki, rejim İran xalqından qorxur.
Netanyahu ümid etdiyini bildirib ki, bir gün bu vəziyyət dəyişəcək və “İran azad olacaq”. Onun sözlərinə görə, bu, bir çox insanın düşündüyündən tez baş verə bilər.
Xatırladaq ki, Netanyahu bundan əvvəl də İran xalqına müraciət edib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

