Netanyahu orduya ƏMR ETDİ: Genişmiqyaslı müharibəyə hazır olun
Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İsrailin baş naziri Benyamin Netanyahu İsrail Müdafiə Qüvvələrinə Livanda atəşkəsin pozulacağı təqdirdə genişmiqyaslı müharibəyə hazırlaşmağı əmr edib.
"Ölkə.az" xəbər verir ki, bu barədə Netanyahu "Kanal 14"ə müsahibəsində bildirib.
“Əgər atəşkəs razılaşması pozularsa, biz tammiqyaslı müharibəyə keçəcəyik”, - deyə Baş nazir bəyan edib.
Noyabrın 27-də İsrail Müdafiə Qüvvələri ilə Livanın "Hizbullah" hərəkatı arasında bir gün əvvəl imzalanmış atəşkəs razılaşması qüvvəyə minib. ABŞ Prezidenti Co Bayden bildirib ki, sənəd hərbi əməliyyatların həmişəlik dayandırılmasını və Livan-İsrail sərhədində mülki əhalinin zərər çəkmiş ərazilərə qayıtması üçün şəraitin yaradılmasını nəzərdə tutur.
Diplomatik səylərə baxmayaraq, İsrail ordusu "Hizbullah"a qarşı hərbi əməliyyatları davam etdirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 29 Noyabr 2024 00:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















