Netanyahu Osvensimin azad edilməsinin 80ci ildönümündə iştirak etsə, həbs olunmayacaq
Icma.az, Oxumeni.az portalına istinadən məlumat yayır.
İsrailin baş naziri Binyamin Netanyahu Polşanın Osvits-Birkenau faşist həbs düşərgəsinin Qırmızı Ordu tərəfindən azad edilməsinin 80-ci ildönümü ilə bağlı tədbirlərə qatılacağı təqdirdə Beynəlxalq Cinayət Məhkəməsinin orderi əsasında həbs edilməyəcək. Bu barədə jurnalistlərə Polşa hökumətinin başçısı Donald Tusk məlumat verib.
"Bəli, təsdiq edirəm. İsrail Dövlətinin baş naziri, ya prezidenti və ya təhsil naziri, indicə elan etdiyim kimi, onlardan kim Osventsimə tədbirlər üçün gəlsə, təhlükəsizliklə təmin olunacaqlar, onların heç biri saxlanılmayacaq”, - Tusk Seymdə (parlamentin aşağı palatası) mətbuata bildirib.
Bundan əlavə, Tusk əlavə edib ki, Polşa hakimiyyəti uzun müddətdir ki, yanvarın 27-də Osvensimdə keçiriləcək anım tədbirlərində yəhudi dövlətinin nümayəndə heyətinə kimin rəhbərlik edəcəyini bilir.
Oxuməni.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 10 Yanvar 2025 07:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















