Icma.az
close
up
RU
Netanyahu: “Qəzzada HƏMAS a yer yoxdur” VİDEO

Netanyahu: “Qəzzada HƏMAS a yer yoxdur” VİDEO

Icma.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

AzVision.az İsrailin “Doqquzuncu kanal” telekanalına istinadən xəbər verir ki, Binyamin Netanyahunun sözlərinə görə, bu gün yəhudi dövləti genişmiqyaslı dezinformasiyanın qurbanına çevrilib.
“Biz quyuları zəhərləyirdik. Xəstəlikləri yayırdıq. Xristian körpələri kəsib qanlarını içirdik. Bütün bunlar ölkədən ölkəyə yayıldı və bir-birinin ardınca qırğınlara səbəb oldu. Son nəticədə isə bütün bunlar ən böyük qırğınla yekunlaşdı – Holokost... Onlar bizim haqqımızda yalan danışırlar. Deyirlər ki, biz fələstinli uşaqları qəsdən ac qoyuruq. Bu açıq-aşkar yalandır”, - İsrail hökumətinin başçısı əsrlər boyu yəhudilərə atılan böhtanları sadalayıb.
Onun sözlərinə görə, müharibə başlayandan bəri Qəzza zolağına təxminən iki milyon tona yaxın ərzaq gətirilib. İsrailin siyasəti belədir. Amma son aylarda bu yüklər HƏMAS yaraqlıları tərəfindən ələ keçirilib. Onlar öz xalqından ərzaq oğurlayırlar. Ərzaq mülki əhaliyə çatmır.
- Ona görə də başqa yolla getmək qərarına gəldik. Mən hərbçilərə ərzaq və tibbi ləvazimatları yuxarıdan atmağa icazə verdim. Biz bütün ölkələri bu desantda iştiraka dəvət etdik və onların çoxu razılaşdı. Biz həmçinin HƏMAS və ya digər yaraqlılar tərəfindən ələ keçirilmə riski olmadan yük maşınlarının hərəkət edə biləcəyi təhlükəsiz dəhlizlər yaratdıq”, - Netanyahu bildirib.
Siyasətçi vəd edib ki, İsrail iki məsələ ilə bağlı öhdəlik götürür: Qəzzada aclıq və HƏMAS olmayacaq.
“Qəzzada çoxları bizdən xahiş edir - bizi terrorçulardan azad edin, HƏMAS-dan azad edin. Bu terrordan, bu dəhşətdən, bu zülmdən azad edin. Biz də bunu edəcəyik”, - İsrailin baş naziri diqqətə çatdırıb.
Telekanalın məlumatına görə, bu videomüraciət İsrailin baş nazirinin HƏMAS-ın girovları saxladığı ərazilər də daxil olmaqla, Zolağın hücumu və yekun ələ keçirilməsi üçün göstəriş vermək niyyətində olduğu xəbərləri fonunda ortaya çıxıb.
Son günlərdə, həmçinin HƏMAS yaxın vaxtlarda razılığa gəlməsə, İsrail hakimiyyətinin Qəzzanın “yaşıl xətt” daxilindəki zolağın hissələri də daxil olmaqla, “sürünən ilhaqına” başlayacağına dair xəbərlər də yayılıb.


Sahil İsgəndərov
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://azvision.az
archiveBu xəbər 05 Avqust 2025 10:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see355

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see353

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see314

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see304

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see304

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see302

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see287

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see286

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see275

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see241

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see239

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see235

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see230

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see227

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see217

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see208

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see203

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see183

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see181

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri