Netanyahu Tramp və Putinlə telefon danışığı aparacaq
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İsrailin Baş naziri Benyamin Netanyahu yaranmış vəziyyətlə bağlı gecə saatlarından dünya liderləri ilə danışıqlar aparır.
APA xəbər verir ki, bu barədə Hökumət başçısının ofisi məlumat yayıb.
Bildirilib ki, artıq Almaniya kansleri, Fransa prezidenti və Hindistanın baş naziri ilə müzakirələr həyata keçirilib:
“Liderlər İran tərəfindən məhv edilmək təhlükəsi qarşısında olan İsrailin müdafiə sahəsindəki ehtiyaclarını anladıqlarını bildiriblər. Netanuahu isə bildirib ki, qarşıdakı günlərdə həmkarları ilə təmasları davam etdirəcək. Bir qədər sonra isə Benyamin Netanyahunun ABŞ prezidenti Donald Tramp, Rusiya lideri Vladimir Putin və Böyük Britaniyanın baş naziri Keir Starmer ilə müzakirələr keçirəcəyi gözlənilir”.
Baxış sayı:58
Bu xəbər 13 İyun 2025 18:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















