Netanyahu Trampa təşəkkür etdi: Ortaq düşmənlərə birlikdə qalib gələcəyik
Sherg.az saytına istinadən Icma.az xəbər verir.
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampa dəstəyinə görə təşəkkür edib və iki ölkənin ortaq düşmənlərə qarşı mübarizədə birlikdə hərəkət etməyə davam edəcəyini bildirib.
Teleqraf xəbər verir ki, bu barədə o, "X" hesabında paylaşım edib.
“Cənab Prezident Tramp, mənə göstərdiyiniz səmimi dəstəyə və İsrailə, həmçinin yəhudi xalqına verdiyiniz böyük dəstəyə görə təşəkkür edirəm. Biz ortaq düşmənlərimizi məğlub etmək, Qəzzada girov saxlanılan vətəndaşlarımızı azad etmək və sülh dairəsini sürətlə genişləndirmək üçün birgə işləməyə davam edəcəyik”, – o qeyd edib.
Baş nazir həmçinin ümid etdiyini bildirib ki, Yaxın Şərqdə İsraillə diplomatik münasibətlər quran ölkələrin sayı yaxın zamanda artacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 26 İyun 2025 16:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















