Netanyahu Trampı Livanla danışıqları məhdudlaşdırmağa çağırdı
Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Baş nazir Benyamin Netanyahu ötən axşam ABŞ Prezidenti Donald Trampla İsrailin Livanla siyasi danışıqların müddətini məhdudlaşdırmaq barədə təxirəsalınmaz xahişini müzakirə edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İsrailin 12-ci kanalı məlumat yayıb.
İsrail ABŞ-dan Livan hökuməti ilə aparılan danışıqlar səylərini iki və ya üç həftəlik müddətlə — mayın ortalarına qədər məhdudlaşdırmağı xahiş edir.
Nəşrin məlumatına görə, bu qərar "Hizbullah"ın İsrail ordusuna və ölkənin şimal bölgələrinə davam edən hücumları ilə bağlıdır. İsrail hesab edir ki, bu hücumlar "danışıqlarda razılığın əldə olunma şanslarını sarsıdır və İsrailin çəkindirmə potensialını zəiflədir".
İsrail tərəfi Vaşinqtona aydın şəkildə bildirib ki, əgər danışıqlar qeyd olunan müddətdə nəticə verməsə, ölkə "ilkin plana" qayıtmaq — Livanda "Hizbullah"a qarşı hərbi əməliyyatları genişləndirmək üçün icazə istəyəcək. Eyni zamanda vurğulanır ki, İsrailin hazırkı təmkinli mövqeyi təşkilata yenidən qruplaşmaq imkanı verir.
"Sual yaranır: İsrailin hazırda amerikalıların iranlılarla münasibətlərindəki maraqları naminə ödədiyi bədəl gələcəkdə ölkə üçün özünü doğruldacaqmı?" — deyə məqalədə yekun vurulur.
Məryəm Quliyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 30 Aprel 2026 12:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















