Netanyahu Trampla danışdı
Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinin İranda hakimiyyət dəyişikliyinə nail olmaq istədiyini açıqlayıb.
Redaktor.az "The Times of Israel" nəşrinə istinadən xəbər verir ki, Netanyahu bu barədə jurnalistlərə açıqlamasında bildirib.
"Biz İran rejiminin aradan qaldırılmasını başa çatdırmalıyıq. Bu, birinci dərəcəli vəzifədir. Bu barədə Trampla dəfələrlə, o cümlədən srağagün danışmışam", - deyə Netanyahu bildirib. O, oktyabrın 18-də ABŞ Prezidenti Donald Trampla telefon danışığı apardığını da qeyd edib.
Netanyahu əlavə edib ki, İranda hakimiyyət devrildikdən sonra İsrail Livanda "Hizbullah" təşkilatından da xilas ola biləcək.
Bundan əvvəl bir sıra KİV mənbələrə istinadən Benyamin Netanyahu ilə Donald Trampın İrana qarşı yeni əməliyyat keçirilməsi məsələsini müzakirə etdiklərini yazıblar.
Oktyabrın 13-də "Axios" nəşri İsrailin baş naziri ilə ABŞ prezidentinin telefon danışığı apardığını və hər iki ölkədə keçiriləcək seçkidən əvvəl İrana yeni zərbələr endirilməsi məsələsini müzakirə etdiklərini bildirib.
İsraildə parlament seçkisi oktyabrın 27-də, ABŞ-də isə Konqresə aralıq seçki noyabrın 3-də keçiriləcək.
Baxış sayı:71
Bu xəbər 20 Oktyabr 2026 23:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















