Netanyahu Trampla İsrailin təhlükəsizlik əməkdaşlığını müzakirə edib Doğru Xəbərlər
Icma.az, Dogru.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İsrailin baş naziri Benyamin Netanyahu qalib gələn ABŞ prezidenti Donald Trampla İsrailin təhlükəsizliyi və İran təhlükəsi sahəsində birgə işi müzakirə edib.
Bu barədə “The Times of Israel” baş nazirin ofisinə istinadən yazır.
“Baş nazir Trampı seçkidəki qələbəsi münasibətilə təbrik etdi və onlar İsrailin təhlükəsizliyi üçün birgə işləməyə razı oldular. Onlar həmçinin İran təhlükəsini də müzakirə ediblər”, – deyə məlumatda bildirilir.
Nəşr qeyd edir ki, Netanyahu prezident seçkilərindən sonra Trampa zəng vuran ilk liderlərdən biri olub. Söhbət 20 dəqiqəyə yaxın davam edib.
Bundan əvvəl Belarus lideri Aleksandr Lukaşenko Donald Trampı ABŞ prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib.
DOĞRU.AZ
Baxış sayı:97
Bu xəbər 06 Noyabr 2024 21:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















