Netanyahu Türkiyədə beynəlxalq axtarışa verildi
Yeniavaz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İsrailin Baş naziri Benyamin Netanyahu Türkiyədə İnterpolun “qırmızı bülleteni” vasitəsilə beynəlxalq axtarışa verilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Halk TV” məlumat yayıb.
Bildirilib ki, müvəqqəti qərar “Sumud humanitar donanması işi”ni araşdıran məhkəmə tərəfindən çıxardılıb.
Məhkəmənin məlumatına görə, 11-ci İstanbul Ağır Cinayət İşləri Məhkəməsi Netanyahu və 34 yüksək vəzifəli İsrail məmuru üçün insanlığa qarşı cinayətlər, soyqırım, qəddar rəftar, qəsdən bədən xəsarəti yetirmə, soyğunçuluq və nəqliyyat vasitəsinin müsadirə edilməsi ittihamları ilə həbs qərarı verib.
Qeyd edək ki, Sumud donanması, onlarla ölkədən fəalları, həkimləri və könüllüləri birləşdirən beynəlxalq mülki humanitar təşəbbüsdür. Təşkilatçılar bildirirlər ki, missiyaların məqsədi Qəzza zolağına dəniz yolu ilə humanitar yardım çatdırmaq və beynəlxalq ictimaiyyətin diqqətini anklavdakı vəziyyətə və İsrailin dəniz blokadasına cəlb etməkdir. İsrail hakimiyyəti dəfələrlə blokadanın pozulmasına icazə verməyəcəklərini bildirib və donanmanın gəmilərini ələ keçirərək onları İsrail limanlarına yönəldib. Gəmidəki fəallar saxlanılıb və sonradan deportasiya edilib. 2026-cı ilin may ayında 39 ölkədən 54 gəmi və 426 iştirakçıdan ibarət donanma İsrail hərbçiləri tərəfindən ələ keçirilib.
Baxış sayı:97
Bu xəbər 14 İyul 2026 18:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















