Icma.az
close
up
RU
Netanyahu Xameneini hədəf aldı İranı dəstəkləyən iki ölkə təhlükədə

Netanyahu Xameneini hədəf aldı İranı dəstəkləyən iki ölkə təhlükədə

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İsrailin Baş naziri Benyamin Netanyahu İrana yeni hücumlardan sonra ilk mətbuat konfransını keçirib. O, İsrailin məqsədinin İranın nüvə və raket proqramlarına qəti zərbə vurmaq olduğunu bildirib.

Netanyahu həmçinin “Hizbullah”ı təhdid edib və hücumların davamlı olacağını vurğulayıb.

Baş nazir əlavə edib ki, İsrail eyni zamanda İran xalqının mövcud rejimi dəyişdirə biləcəyi şəraitin formalaşmasına çalışır. Onun sözlərinə görə, yeni ali rəhbər Müctəba Xamenei hazırda ictimaiyyət qarşısına çıxa bilmir. Netanyahu yeni ali rəhbəri “SEPAH-ın kuklası” adlandırıb.

Globalinfo.az-a danışan analitik Aqşin Kərimov deyib ki, yeni ali rəhbər Müctəba Xamenei martın 12-də verdiyi bəyanatla Tehranın Yaxın Şərqdəki uzunmüddətli məqsədləri barədə onilliklərdir formalaşan strategiyanı bir daha təsdiqlədi:

“Eyni zamanda İsrailin Baş naziri Benyamin Netanyahu da İrana təzyiq göstərmək üçün əlavə təhdid ritorikasını yeni ali rəhbərliyin üzərinə fokusladı. Bunlar eyni gündə ictimaiyyətə açıqlanan və müharibədə psixoloji üstünlüyü ələ alma səylərinin bir hissəsi idi.

Uğur hekayələri barədə müharibə tərəfləri informasiya əməliyyatları həyata keçirirlər, müharibə reallığı isə tərəflərdən birinin strateji imtiyazla üstünlük qazanması ilə qalibi müəyyənləşdirəcək.

İslam İnqilabından bu yana İran İsrail dövlətini məhv etmək üçün ritorikasını əldə etdiyi resurslar hesabına sərtləşdirib. Tehran bu ambisiyasını həyata keçirmək üçün dörd əsas səyə yüz milyardlarla dollar sərmayə qoyub: nüvə proqramının inkişafı, balistik raket proqramındakı uğurlar, proksi hərəkatlar və bu üç faktorlu İsrail ətrafında od həlqəsinin qurulmasını təşkil etmək.

İran bu məqsədlərinin regional dayaqlarını ideologiyalaşdırmaq və silahlı vasitələrlə reallaşdırmaq üçün proksi qüvvələrə arxalanırdı. Lakin İsrail İranın bu təhdidlərini aradan qaldırmaq üçün Yaxın Şərqdə İran xarici siyasətinin bel sütunlarından olan proksi hərəkatı əhəmiyyətli dərəcədə zəiflətdi.

Türkiyənin Suriyada Bəşər Əsədin devrilməsini təşkil etməsindən sonra İran daha da zəiflədi və onun Suriyaya yatırdığı 50 milyard dollarlıq sərmayə puça çıxdı. Bununla belə, nəticələr İranın nüvə proqramını dayandırmağa, balistik raket portfelini böyütməyə mane olmadı. Hətta 2025-ci ilin iyun ayındakı 12 günlük müharibədən sonra İranın nüvə və raket proqramları ləngisə də, dayanmayaraq yeni müharibə reallıqları kontekstinə uyğunlaşdırıldı.

İsrail isə elan edilmiş məqsədlər sırasında İranın onun üçün yaratdığı təhdidləri aradan qaldırmaq məqsədilə rejim dəyişikliyini prioritetləşdirdi. Gözlənilirdi ki, İran rejimi daxili etiraz və kütləvi mitinqlərlə o qədər zəifləyəcək ki, İsrail ruhani hakimiyyəti devirə biləcək”.


Aqşin Kərimov

Analitik deyib ki, İsrail və ABŞ-ın birgə qüvvələri İranın təhlükəsizlik, kəşfiyyat və ordu aparatını hərbi əməliyyatın təzyiqlərinə məruz qoysa da, nəticədə bu, Tehrandakı rejimin varislik prinsipi ilə ötürülməsi prosesini bloklaya bilmədi:

“ABŞ-İsrail kampaniyası nəticə etibarı ilə daha böyük çətinliklə üzləşdi. Çünki İranda rejim dəyişikliyinin baş verməməsi ilə paralel olaraq Tehran çəkindirmə cəhdlərində regional eskalasiyanı dərinləşdirmək siyasətinə praktiki keçid etdi. Hörmüz boğazının İran tərəfindən minalanması və boğazın idarəsinin dünya ticarət-iqtisadi göstəriciləri üçün təsirlərinin İranın əlində olması faktı da ABŞ-İsrail müttəfiqliyi qarşısında dayanan çətinliklərdəndir.

Digər tərəfdən ABŞ və İsrailin silahlı kürd fraksiyaları ilə əlaqəsi əməliyyat planlaşdırması kimi İrana qarşı potensial təhlükə yaradacaq akta çevrilmədi – ən azından indiki mərhələdə. Mövcud vəziyyətdə kürdlərlə əməkdaşlıq kürd qruplarını silahlı üsyana məcbur edəcək gözləntiləri formalaşdırmaqdır. Lakin kürd qrupları ilə əməkdaşlıq uzunmüddətli təsir kimi ABŞ və İsrailin əlində mühüm resurs olaraq qalacaq və bu, Tehran üçün perspektivləri dumanlı edir.

Davam edən müharibənin nəticələrinə dair kristal aydınlıq yoxdur. Çünki müharibə sürprizlər gətirir və şok effekt yaradan fərqli trayektoriyalara daxil olma prosesi baş verir. Bu qarışıqlıqda ABŞ-İsrail müttəfiqliyi ilə İranın təqdim etdiyi nailiyyətlərə baxmayaraq regional teatr boyunca bir çox tapşırıq yerinə yetirilməmiş qalır.

İranın bu tapşırıqlarda daha çox müdafiə doktrinasına, qarşı tərəflər isə hücum əməliyyatlarına istinad edir. Nəticədə ABŞ-ın qlobal rolu və strateji yanaşmaları Vaşinqtonun prosesdən xeyirli çıxması üçün şərait formalaşdırır.

İranla müharibə ABŞ-ın Rusiya və Çinə qarşı planlarının necə irəliləməsinə kömək edir. Məsələn, ABŞ İrana verilən Rusiya və Çin silahlarını sınağa çəkir, ehtimal ki, daha dərin mənada silah trafikində mümkün yeni ixrac əməliyyatlarının motivini öyrənməyə çalışır. Üstəlik, Ağ Ev üçün aydınlaşır ki, Rusiya, Çin və Hindistan İranın müdafiəsi məqsədilə Tehranın tələb etdiyi maksimumları yerinə yetirməkdən boyun qaçırırlar.

Hərçənd ki, Moskva ilə Pekinin bundan sonrakı reaksiyaları məsələni mürəkkəbləşdirir.

Bu mənada İsrail və İran qarşıdurması fundamental rəqabət çərçivələrindən kənara çıxaraq ABŞ-Rusiya-Çin əməkdaşlıq və rəqabətinin yeni istiqamətlərini müəyyənləşdirəcək. Bu, uzunmüddətli hədəfdə İranla İsrailin münaqişə teatrındakı münasibətlərində sürpriz yaradan atmosferi də formalaşdıra bilər”.

Turan Rzayev
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 13 Mart 2026 19:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see451

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see256

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see250

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see233

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see227

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see224

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see222

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see221

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see215

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see208

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see203

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see202

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see200

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see198

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see194

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see193

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see191

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see188

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see181

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri