Netanyahu Yəməndə husilərin strateji hədəflərinə hücum əmri verib Doğru Xəbərlər
Icma.az, Dogru.az portalına istinadən məlumat verir.
İsrailin baş naziri Benyamin Netanyahu müdafiə naziri İsrael Katz ilə birlikdə ölkənin Müdafiə Ordusunu (IDF) Yəməndəki husilərin strateji hədəflərinə hücum etməyə çağırıb. Bu barədə o, parlamentdəki çıxışında bildirib.
“Son günlərdə müdafiə naziri ilə birlikdə biz İDF-yə husilərə məxsus strateji hədəflərə dəqiq zərbələr endirməyi tapşırmışıq”, – TASS onun sözlərindən sitat gətirir.
Netanyahu vurğulayıb ki, İsrail ordusu husilərin istifadə etdiyi əhəmiyyətli terror aktivlərini məhv edib. Onun sözlərinə görə, bu, ilk və sonuncu hücum deyil.
O, əlavə edib ki, İsrail sadə bir prinsip qoyub – “ölkəyə zərər verməyə çalışanlar qarşılığında barışmaz güclə zərər görürlər”.
Britaniyanın Pink Floyd qrupunun yaradıcısı Rocer Uoters RİA Novosti-yə müsahibəsində Netanyahunu hərbi cinayətkar adlandırıb. Onun fikrincə, İsrailin baş naziri ömrünün qalan hissəsini həbsdə keçirməlidir.
DOĞRU.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 23 Dekabr 2024 22:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















