Icma.az
close
up
RU
Netanyahu yenidən Trampın “QAPISINI DÖYÜR” İrana yeni hücum planı İFŞA OLDU

Netanyahu yenidən Trampın “QAPISINI DÖYÜR” İrana yeni hücum planı İFŞA OLDU

Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.

“İslam Respublikası nüvə proqramını bərpa edərsə, İsrail İran ərazisinə yeni zərbələr endirməyə hazırlaşır”.

Bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, İsrail rəsmiləri ABŞ Prezidenti Donald Trampın bu cür hərəkətlərə razılıq verə biləcəyinə inanırlar. Belə ki, İsrailin strateji planlaşdırma naziri Ron Dermer bu yaxınlarda Vaşinqtona səfərindən sonra qapalı görüşlərdə Ağ Ev rəhbərinin müəyyən şəraitdə İrana zərbələr endirilməsini dəstəkləyəcəyini bildirib.
Portal onların arasında Tehranın Fordo, Natanz və İsfahandakı hücuma məruz qalmış nüvə obyektlərindən yüksək zənginləşdirilmiş uranı çıxarmaq cəhdini qeyd edib. Digər səbəb isə uranın zənginləşdirilməsi obyektlərində işlərin bərpası ola bilər.
Bu kimi açıqlamalar isə İrana yenidən zərbələrin endirilməsi ehtimalını gündəmə gətirir.
Görəsən, İran yenidən hücuma məruz qala bilərmi?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirir ki, İrana İsrail tərəfindən yenidən zərbələr endirilə bilər, amma bu zərbələrin də iki başı olacaq:
“Əslində Netanyahunun son dövrlər ərzində üçüncü dəfə Vaşinqtona yollanması həm də ABŞ-ın tutarlı tərzdə İsrailə silah-sursat verməsini istəməsilə bağlıdır. Amerikanın özünün raket cəbhəxanası tükənib. İrandan buraxılan dronlar, pilotsuz aparatlar həmişə əks hücumu da tələb edir. Belədə Amerikanın bölgədəki gəmilərindən İran raketlərinə qarşı zərbələr endirilirdi.
Lakin bu o qədər də etibarlı müdafiə sistemi kimi özünü göstərə bilmədi. İsrailin haqqında çox danışdığı “dəmir gümbəz”i İranın raket hücumları qarşısında 40 faizə qədər acız qaldı. İsrailin 21 strateji obyekti, hərbi aerodromları, neft bazaları, 3 limanından ikisi, ordu qərargahı, MOSAD-ın baş qərargahı dağıdılıb. Onlar bərpa oluna bilməyəcək. Digər tərəfdən, İsrailin müdafiə potensialı da xeyli zəifləyib”.
Ekspertin fikrincə, Netanyahu hökuməti praqmatik düşünərək qərar qəbul etsə, İrana növbəti hücumdan geri çəkilməlidir:
“İsrail son iki ildəki hərbi əməliyyatla Hizbullahı, HƏMAS-ı vurdu. Habelə həmin qruplaşmaların yüksək çinli rəhbərlərini və İrandan olan bir sıra yüksək rütbəli generalları aradan götürdü. Bunlar hamısı İranı müharibəyə cəlb etmək üçün atılan addımlar idi. Nəhayət İsrail 7 oktyabr ssenarisini iyunun 13-də İrana qarşı istifadə etdi. Amma cavabını da aldı. Proses göstərdi ki, İsrail İranı çökdürə bilməyəcək. Bu fonda İsrail növbəti dəfə İranı vurmağa cəhd etsə, güman ki, olan-qalan bütün obyektləri də raket hücumu ilə məhv ediləcək. İsrailə isə bu lazım deyil”.
Politoloq deyir ki, Netanyahu yaratdığı situasiyanın girovuna çevrilib:
“Digər tərəfdən, Netanyahunun hökumətindəki ultrasağçılar ultimatum veriblər ki, nəyin bahasına olursa-olsun, İrana qarşı müharibə davam etdirilsin. Amma fikrimcə, onlar daha çox emosiyaya qapılıblar”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:46
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 09 İyul 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri