Netanyahudan gözlənilməz qərar: Şin Betin rəhbəri vaxtından əvvəl vəzifəsindən uzaqlaşdırılıb
Sfera.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İsrail Baş naziri Binyamin Netanyahu, daxili kəşfiyyat təşkilatı Şin-Betin rəhbəri Ronen Barın vəzifəsindən alınması üçün təklif təqdim edib.
Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, hökumət, Barın işdən çıxarılması qərarını yekdilliklə qəbul edib.
Bu hadisə, İsrail siyasi tarixində ilk dəfə yaşanıb. İndiyə qədər Şin-Bet rəhbərinin vaxtından əvvəl vəzifəsindən kənarlaşdırılması faktı olmamışdı.
Ronen Bar, Netanyahunun onu işdən çıxarmaq istəyini, 7 oktyabr tarixindəki HƏMAS hücumu və “Qatargate”qalmaqalı ilə əlaqələndirib. Onun iddiasına görə, bu addımla baş nazir məsuliyyətdən qaçmaq və qurumu siyasiləşdirmək məqsədi güdüb.
“Qatargate” qalmaqalı, Netanyahunun üç yüksək vəzifəli müşavirinin Qətərlə əlaqəli rüşvət alma iddialarını əhatə edir. Bu qərara İsrail Prezidenti Isaac Herzoqdan sərt reaksiya gəlib. Herzoq, "Təəssüf ki, bir sıra tək tərəfli addımlar atılır və bunların milli müqavimətimiz üzərindəki təsiri ilə bağlı dərin narahatlıq duyuram" ifadələrini işlədib. Fidan Hacızadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 21 Mart 2025 19:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















