Netanyahudan İran açıqlaması: Bizim üçün real təhlükə var
GlobalInfo saytına istinadən Icma.az xəbər verir.
İran yaxın gələcəkdə nüvə başlığı daşıya biləcək uzaqmənzilli raketlər hazırlamağa çalışır.
Globalinfo.az xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahunun deyib. O bildirib ki, bu raketlərin məsafəsi ABŞ ərazisinə qədər çata bilər.
Netanyahu xəbərdarlıq edərək vurğulayıb ki, İranın belə bir silah əldə etməsi yalnız Yaxın Şərqdə deyil, bütün dünyada təhlükəsizlik balansını dəyişdirəcək:
“Biz təkcə İsrailin deyil, beynəlxalq təhlükəsizliyin təhdid altında olduğunu görürük. Əgər Tehran nüvə potensiallı raketlər istehsal etsə, onlar Yaxın Şərqdə hər hansı ölkəyə və hətta Amerikanın özünə də təhlükə yarada bilərlər”, – baş nazir deyib.
O həmçinin beynəlxalq ictimaiyyəti, xüsusən də ABŞ və Avropa ölkələrini İranın nüvə və raket proqramlarına qarşı daha sərt addımlar atmağa çağırıb.
Tahir Turan
Globalinfo.az


