Netanyahudan Livan xəbərdarlığı “Hizbullah”a hərbi təzyiq artırılacaq”
Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
“İsrail rəhbərliyi ölkə ərazisinə fasiləsiz davam edən pilotsuz uçuş aparatı (PUA) hücumları fonunda Livandakı “Hizbullah” qruplaşmasının mövqelərinə hərbi təzyiqi daha da artıracaq”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu özünün rəsmi “Telegram” kanalında yayımladığı videomüraciətdə bəyan edib.
İsrail hökumətinin başçısı hazırda ölkəsinin “Hizbullah” hərəkatı ilə açıq müharibə vəziyyətində olduğunu xüsusi vurğulayıb. Netanyahu iddia edib ki, son bir neçə həftə ərzində keçirilən xüsusi hərbi əməliyyatlar nəticəsində İsrail ordusu tərəfindən qruplaşmanın 600-dən çox üzvü məhv edilib.
Baş nazir İsrail Müdafiə Qüvvələrinin (IDF) Livanın cənubunda və daxili bölgələrində yerləşən “Hizbullah” hədəflərinə sarsıdıcı zərbələr endirməyə davam edəcəyini qeyd edib. O, həmçinin son zamanlar ölkənin hava məkanını tez-tez pozan və ciddi təhlükə yaradan dronlar problemi ilə mübarizə aparmaq üçün orduda xüsusi bir taktiki qrupun yaradıldığını və bu məsələ ilə ciddi məşğul olduqlarını bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 26 May 2026 03:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















