Netanyahudan Makrona: “Qəti şəkildə qarşıyıq” KONKRET
Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.
“Netanyahu Fələstin dövlətinin yaradılmasına qarşıdır”.
KONKRET.az xəbər verir ki, o, bu barədə Makronla söhbətində deyib.
Netanyahu Makrona Fələstin dövlətinin “terror üçün böyük mükafat” olacağını bildirib. Fələstin Muxtariyyəti də daxil olmaqla heç bir Fələstin rəsmisinin 2023-cü il oktyabrın 7-də Həmas tərəfindən həyata keçirilən qətliamı qınamadığını qeyd edib.
Baş nazir Fransa prezidentinə bildirib ki, İsrail şəhərlərindən bir neçə dəqiqəlik məsafədə qurulan Fələstin dövləti İran terrorunun qalasına çevriləcək və İsrail ictimaiyyətinin böyük əksəriyyəti buna qəti şəkildə qarşıdır.
Xatırladaq ki, keçən həftə Makron deyib ki, Paris yaxın aylarda Fələstin dövlətini tanıya bilər. Netanyahunun oğlu Yair bu açıqlamadan sonra Makronun ünvanına tvit yazıb. Netanyahu oğlunun açıqlamalarını tənqid etsə də, Yairin fikrini dəstəkləyib.
Müşviq Tofiqoğlu
KONKRET.az


