Icma.az
close
up
RU
Netanyahudan müharibə öncəsi vacib gediş İran xalqına müraciətin pərdəarxası

Netanyahudan müharibə öncəsi vacib gediş İran xalqına müraciətin pərdəarxası

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinin bütün qonşuları ilə sülhə can atdığını və onların arasında “azad İran” görmək istədiyini bildirib.

“Biz sizinlə sülh istəyirik, bilirəm ki, siz də bunu istəyirsiniz. Ancaq sizə zülm edən və bizi təhdid edən bir rejimin hökmranlığı altında əziyyət çəkirsiniz”, – İsrailin Baş naziri İran xalqına müraciətində deyib.

Netanyahu nəyə nail olmaq istəyir? Onun bu video-müraciəti İran ictimai rəyini manipulyasiya etmək üçündür? Cəmiyyəti qorxudub, təlaşlandırıb, Tehran rejiminin üstünə qaldırmaq istəyir?

Globalinfo.az-a danışan politoloq Samir Hümbətov deyib ki, İsraillə İran arasındakı münasibətlər üzdə döyüş şəraitindəymiş kimi görünür:

Samir Hümbətov

“Lakin heç də belə deyil. İki tərəf arasında müəyyən gərginliklər var. Hətta mümkün toqquşmalara gedə biləcək vəziyyət mövcuddur. Amma prosesin sona qədər münaqişə halında gedib-getməyəcəyi, eləcə də böyük müharibənin olub-olmayacağı sual altındadır. İranın indiki vəziyyəti İsraillə hərbi əməliyyatlara girmək üçün əlverişli deyil. ABŞ və Avropadan dəstək alan İsraildə belə rəsmi Tehranla münaqişəyə girməyə güc yoxdur. Netanyahunun həmin açıqlamalarından aydın olur ki, bu, İrana bir mesajdır. Yəni İran Suriya kimi İraqı da itirsə, ölkədə yeni müharibə riski ola bilər”.

Politoloqun sözlərinə görə, digər versiya kəşfiyyat orqanları tərəfindən Netanyahuya müəyyən məlumatların sızdırılmasıdır:

“Çox güman ki, o, yeni müharibənin olacağı barədə xəbərdardır. Yaxın Şərqdə vəziyyət qarışacaq. Adətən belə çıxışlar müharibə öncəsi verilən anonslar kimi xarakterizə edilir. Netanyahu ictimaiyyəti baş verəcək gərginliklərə hazırlamağa çalışır”.

Safura Bənnayeva
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 13 Dekabr 2024 20:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see347

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see284

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see236

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see234

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see195

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see192

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see190

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see177

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see175

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see173

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see164

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see161

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see156

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see156

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see153

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see151

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see151

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see146

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see140

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri