Icma.az
close
up
RU
Netanyahudan Türkiyə açıqlaması: ““F 35” qırıcılarını...”

Netanyahudan Türkiyə açıqlaması: ““F 35” qırıcılarını...”

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

İsrailin Baş naziri Benyamin Netanyahu, ABŞ administrasiyasından Səudiyyə Ərəbistanına beşinci nəsil “F-35” qırıcılarının satışı ilə bağlı Təl-Əvivin “keyfiyyət üstünlüyünün” qorunacağına dair təminat aldığını iddia edib.

"Cebheinfo.az" xəbər verir ki, Baş nazir Netanyahu, “Abu Ali Express” adlı “Telegram” kanalına verdiyi müsahibədə ABŞ-nin Səudiyyə Ərəbistanına “F-35” qırıcılarının satışı və digər regional məsələlər barədə danışıb:

““F-35” qırıcılarının satışından əvvəl bizə müraciət etmədilər, lakin satış baş verdikdən sonra Dövlət katibi Marko Rubio ilə görüşdüm və əmin oldum. Məhəmməd bin Salman ABŞ Prezidenti Donald Trampdan istədiyi hər şeyi ala bilmədi”.

Səudiyyə Ərəbistanı ilə münasibətlərin normallaşmasına dair “ehtiyatlı nikbinlik” daşıdığını deyən Netanyahu, lakin Fələstin dövlətinin qurulmasına icazə verməyəcəklərini irəli sürüb. Mətbuatda yer alan məlumatlara görə, Ər-Riyad rəhbərliyi İsraillə münasibətlərin normallaşması üçün Fələstin dövlətinin yaradılmasını şərt kimi irəli sürür.

ABŞ Prezidenti Donald Tramp 19 noyabrda Səudiyyə Ərəbistanına gələcəkdə təhvil verilmək üzrə “F-35” qırıcıları və 300 tankın satışını əhatə edən razılaşmanı təsdiqləyib.

Netanyahu ABŞ-nin “F-35” qırıcılarını Türkiyəyə verəcəyinə inanmadığını da bildirib:

“Mövcud olsa belə, bunun çox uzaq bir ehtimal olduğunu bilirəm”, - deyə iddia edib.Səudiyyə Ərəbistanının İsraillə münaqişə vəziyyətində olmadığını vurğulayan Netanyahu, söhbət Türkiyədən gedirsə, “F-35” qırıcılarını satışı ilə bağlı mövqelərinin daha da sərtləşəcəyini irəli sürüb.

Netanyahu Suriya ilə aparılan təhlükəsizlik razılaşması danışıqlarına da toxunaraq deyib:

“Suriya bizimlə təhlükəsizlik razılaşmasına gəlməkdə İsrail qədər, hətta bəlkə daha çox maraqlıdır”.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 21 Noyabr 2025 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see433

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see215

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see205

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see179

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see168

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see164

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see160

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see158

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see150

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see148

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see146

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see143

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see142

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see136

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see135

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri