Netanyahunun bu sözü Trampı qəzəbləndirib Telefonda ona qışqırıb
Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ Prezidenti Donald Tramp İsrail Baş naziri Benyamin Netanyahunun “Qəzzada aclıq yoxdur” sözlərinə görə ona telefonda qışqırıb.
Bu barədə "NBC News" kanalı məlumat yayıb.
Məlumata görə, 28 iyulda Şotlandiya səfərində olan Tramp Qəzzada real aclıq olduğunu bəyan etdikdən sonra Netanyahu onunla telefonla danışmaq istəyib. Həmin gün keçirilən telefon danışığında Netanyahu Qəzzada genişmiqyaslı aclıq olmadığını, bunun Həmas tərəfindən uydurulduğunu iddia edib. Bunun üzərinə Tramp Netanyahunun sözünü kəsərək yüksək səslə etiraz edib və köməkçilərinin ona Qəzzada uşaqların aclıqdan öldüyünə dair sübutlar göstərdiyini bildirib. Tramp bu faktların “saxta” kimi təqdim olunmasını istəmədiyini vurğulayıb.
Ağ Ev və İsrail Baş nazirinin ofisi Trampın Netanyahunun sözlərinə görə telefonda qışqırması barədə xəbərə şərh verməkdən imtina edib.
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 08 Avqust 2025 11:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















