Icma.az
close
up
RU
Netanyahunun fələstinlilərə 5 milyon dollar mükfat təklifi effekt verəcəkmi? (ŞƏRH)

Netanyahunun fələstinlilərə 5 milyon dollar mükfat təklifi effekt verəcəkmi? (ŞƏRH)

Icma.az, Qaynarinfo saytına istinadən bildirir.

"Təl-Əviv Fələstində "5-ci kolon" effekti yaratmaq, fələstinliləri bir-birilərinə qarşı qoymaq üçün belə bir təklifdə bulunub".

Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev İsrail baş naziri Benyamin Netanyahunun HƏMAS hərəkatının əlindən azad edilən hər girov üçün fələstinlilərə 5 milyon dollar ödəməyə hazır olduğunu barədə bəyanatını şərh edərkən deyib.

Üzeyir Şəfiyev bildirib ki, İsraillə Fələstin arasındakı müharibə Yaxın Şərqdə humanitar fəlakətə səbəb olub. 45 minə yaxın itki var: 

"Oktyabrın 7-dən başlanan münaqişənin kökləri dərindir. HƏMAS keçən ilin həmin günü İsrailə terror hücumu həyata  keçirdi. Bayden adminstrasiyasının da bəyan etdiyi kimi, İsrail-Fələstin münaqişəsinin bu fazasında əslində yeni çalarlar gördük. Bölgədə yeni konfiqurasiya düzənləmək istəyən qüvvələr var ki, onun da başında ABŞ dayanır. Yəni bu müharibə əslində idarə olunur. 


İsraildən də polis kimi istifadə edirlər. İsrail prosesdən maksimum faydalanmaq istəyir. İsrailin hərəkətləri təkcə HƏMAS və "Hizbullah"ı zərərsizləşdirmək amacından irəli gəlmir, onlar həm də ərazidə demoqrafik vəziyyəti öz xeyrinə həll etmək niyyəti güdürlər. Müxtəlif dövlətlər israilli girovların azad edilməsi üçün xeyli çalışdı. Ancaq bu istiqamətdə əsaslı nəticə olmadığından Netanyahu son olaraq girovların azad edilməsi üçün pul mükafatı vəd etdi. Bu həm də o deməkdir ki, Təl-Əviv Fələstində "5-ci kolon" effekti yaratmaq, onları bir-birilərinə qarşı qoymaq istəyir. Bu yanaşma həm də Netanyahunun girovları azad etmək məsələsində çarəsizliyindən də irəli gəlir". 

Qeyd edək ki, İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağına səfəri zamanı HƏMAS hərəkatının əlindən azad edilən hər girov üçün fələstinlilərə 5 milyon dollar ödəməyə hazır olduğunu bəyan edib. "Bu vəziyyətdən çıxmaq istəyənlərə (fələstinlilərə) deyirəm: kim bizə girov gətirsə, həm onun, həm də ailəsinin təhlükəsiz çıxışını təmin edəcəyik. Biz həmçinin qaçırılan hər bir şəxs üçün 5 milyon dollar mükafat təklif edəcəyik. Seçim sənindir, seç. İstənilən halda, nəticə eyni olacaq: biz bütün girovları geri qaytaracağıq", deyə Netanyahu bildirib. 

Rüfət Sultan


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:96
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 20 Noyabr 2024 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see256

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see243

Qurban Qurbanov: Özüm də bilmirəm, Nəriman haqda nə deyim

11 Dekabr 2025 01:51see204

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see203

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see202

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see201

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see190

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see183

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see154

Mətanət sürücülərdən şikayətləndi: Söyüş yiyəsi olmayın

11 Dekabr 2025 09:29see140

“Qarabağ”ın Niderlanddakı tarixi qolunun müəllifi: “Ayaks” yaxşı durumda olmasa da, ehtiyatlı olmaq lazımdır”

10 Dekabr 2025 17:05see137

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see136

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see133

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see133

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see130

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see129

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see127

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see126

​“UNESCO buna Ermənistanın mane olduğunu etiraf etmişdi”

10 Dekabr 2025 17:16see125

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri