Icma.az
close
up
RU
Netanyahunun gizli Türkiyə planı: Trampdan yalnız bir istəyi var

Netanyahunun gizli Türkiyə planı: Trampdan yalnız bir istəyi var

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İsrailin Baş naziri Benyamin Netanyahunun Türkiyənin hərbi potensialının daha da artmasından ciddi narahatlıq keçirdiyi və Ankaraya F-35 döyüş təyyarələrinin verilməsinin qarşısını almaq üçün Vaşinqtonda səssiz diplomatiya apardığı məlum olub.

Sherg.az xəbər verir ki, İsrailli mənbələrin "Al Monitor" nəşrinə verdiyi məlumata görə, Netanyahu son illərdə müdafiə sənayesində böyük sıçrayış edən, regional hərbi əməliyyat qabiliyyətinə malik və güclü orduya sahib Türkiyənin F-35 kimi yüksək texnologiyalı təyyarələrlə təchiz olunmasını İsrail baxımından “oyunu dəyişdirən” bir inkişaf kimi qiymətləndirir.

İsrailin diplomatik dairələrində Türkiyə artıq təkcə regional aktor kimi deyil, hərbi potensialı, əməliyyat təcrübəsi və siyasi təsiri ilə Yaxın Şərqdə balansları dəyişə biləcək güc kimi dəyərləndirilir. Netanyahunun narahatlığının mərkəzində də məhz bu mənzərə dayanır.

"Al Monitor"ə danışan təcrübəli israilli diplomatik mənbə, Netanyahunun ayın sonunda ABŞ Prezidenti Donald Tramp ilə Ağ Evdə keçirəcəyi görüşün əsas məqsədinin Türkiyəyə F-35-lərin verilməsinin qarşısını almaq olduğunu iddia edib. İsrailin Baş nazirinin birbaşa Tramp ilə üz-üzə qalmaq istəmədiyini vurğulayan mənbə bildirib:

“Netanyahu Türkiyənin hərbi gücünün daha da artmasını istəmir, lakin Tramp ilə açıq böhran riskini də gözə almaq niyyətində deyil.”

"Al Monitor"un məlumatına görə, bu narahatlığın ən konkret göstəricilərindən biri Netanyahunun 1 dekabrda Qüdsdə Lockheed Martin şirkətinin Əməliyyatlar üzrə direktoru Frenk St. Con ilə keçirdiyi qapalı görüş olub. F-35-lərin istehsalçısı olan şirkətin yüksəkvəzifəli rəhbəri ilə görüşdə Türkiyə başda olmaqla bölgə ölkələrinin bu təyyarələrə sahib olmasının doğura biləcəyi nəticələr müzakirə edilib.

İsrail 2017-ci ildən bəri F-35-lərdən istifadə edir. Lakin israilli təhlükəsizlik mənbələrinə görə, Türkiyə kimi güclü ordunun eyni imkanlara sahib olması balansları kökündən dəyişə bilər.

İsrailli rəsmilərin Türkiyənin son illərdə Qarabağ, Liviya və Suriyada nümayiş etdirdiyi hərbi performansı yaxından izlədiyi qeyd olunur. Təl-Əvivdə aparılan qiymətləndirmələrə görə, güclü hava qüvvələrinə malik Türkiyənin F-35-lərlə dəstəklənməsi İsrailin indiyədək alışdığı hərbi üstünlük anlayışını sarsıdır.

"Al Monitor" bildirir ki, Netanyahu bu səbəbdən ABŞ-də açıq kampaniya aparmaq əvəzinə, Trampa yaxın şəxslər vasitəsilə pərdəarxası təzyiq göstərməyi üstün tutur. Məlumata görə, İsrailin Baş naziri Trampın kürəkəni Cared Kuşner və Konqresdəki bəzi respublikaçılar üzərindən Ankaraya F-35 verilməməsi üçün zəmin yoxlayıb.

İsrailli mənbələr Netanyahunun Trampa qarşı ictimaiyyət önündə Türkiyəni hədəfə alan ritorikadan xüsusilə yayınmağa çalışdığını vurğulayıblar.

İsrailli hərbi mənbələr Türkiyənin F-35-lərə sahib olacağı təqdirdə təkcə texnoloji deyil, strateji sıçrayış edəcəyi qənaətindədirlər.

Yüksək rütbəli israilli hərbi rəsmiyə görə:

“Türkiyə artıq güclü orduya və ciddi əməliyyat təcrübəsinə malikdir. Bu güc F-35 kimi imkanla birləşdikdə, İsrail üçün yeni və çətin bir tənlik deməkdir.”

Netanyahunun 29 dekabrda Tramp ilə keçirəcəyi görüşdə Türkiyə dosyesini birbaşa gündəmə gətirməsi gözlənilməsə də, İsrailin narahatlıqlarını sətiraltı şəkildə çatdırmağa çalışacağı bildirilir.

Kulis məlumatlarına görə, Təl-Əviv rəhbərliyi Türkiyənin artan gücünü dayandırmağın artıq əvvəlki qədər asan olmadığının fərqindədir. Bu səbəbdən İsrailin seçimi yüksək səslə etirazlar deyil, Vaşinqtonda qapalı qapılar arxasında aparılan diplomatiya olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://sherg.az
archiveBu xəbər 13 Dekabr 2025 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see324

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see277

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see243

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see231

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see222

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see198

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see193

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see175

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see175

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see162

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see162

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see161

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see153

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see150

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see149

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see144

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see141

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see140

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri