Netanyahunun ofisinin vurulması xəbəri saxtadır YENİLƏNİB
Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.
İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi SEPAH-ın iddiasını təkzib edib.
Gununsesi.info xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
Bildirilib ki, Baş nazirin ofisi SEPAH-ın Netanyahunu hədəfə almasını və onun taleyinin naməlum olduğuna dair iddiası yalandır və reallığı əks etdirmir.
***
14:15
İran bu gün səhər İsrail Baş naziri Benyamin Netanyahunun ofisinə zərbə endirib.
Gununsesi.infoxəbər verir ki, bu barədə İran İslam İnqilabının Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.
Bildirilir ki, İran, eyni zamanda İsrail ordusunun Hərbi Hava Qüvvələrinin komandanının olduğu yeri hədəfə alıb.
Netanyahunun taleyinin naməlum olduğu bildirilir. Əməliyyatın detallarının sonradan açıqlanacağı qeyd olunub.
İsrail tərəfdən məsələyə rəsmi münasibət hələ ki bildirilməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 02 Mart 2026 17:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















