Netanyahunun oğlu İsraildəki dərin dövlətdən danışıb
Icma.az, Missiya.az portalına istinadən məlumatı açıqlayır.
İsrailin Baş naziri Benyamin Netanyahunun oğlu Yair Netanyahu ölkəsində dərin dövlətin atasını hədəf aldığını iddia edib.
Missiya.Az xəbər verir ki, bu barədə Yair Netanyahu “TOV”a müsahibəsi zamanı məlumat verib.
Yair Netanyahu atasına qarşı açılan korrupsiya işinə toxunaraq bildirib ki, bu hüquqi diktatura məsələsindən heç kimin xəbəri yox idi və dərin dövlət məsələsi yalnız bir neçə nəfərin bildiyi bir matris idi.
Yair Netanyahu, İsraildəki dərin dövlətin Amerikanın dərin dövlətinin uzantısı olduğunu və müstəqil hərəkət etmədiyini qeyd edib:
"Burada baş verənlər rəngli inqilab idi və ABŞ onlar üçün uyğun olmayan hökümətləri devirir”, - deyə o əlavə edib.
Daşqın Həsənov
Missiya.Az

Ərdoğan Netanyahunun həbsi ilə bağlı qərardan danışıb
23 Noyabr 2024 20:06
Husilər İsraildəki hərbi hədəfi vurdular
21 Mart 2025 08:01
İsraildəki hərbçi ailələrindən Netanyahuya ÇAĞIRIŞ
25 Dekabr 2024 16:24
Azərbaycanın İsraildəki səfirliyindən vətəndaşlara MÜRACİƏT
13 İyun 2025 11:15
ABŞ İsraildəki vətəndaşlarının təxliyəsinə hazırlaşır
19 İyun 2025 12:23

