Icma.az
close
up
RU
Netanyahunun vəzifədən uzaqlaşdırılması prosesi başlayıb Maariv

Netanyahunun vəzifədən uzaqlaşdırılması prosesi başlayıb Maariv

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"İsrail Baş naziri Binyamin Netanyahunun vəzifədən uzaqlaşdırılması ilə bağlı rəsmi hüquqi prosedura start verilib".

Bizimyol.info xəbər verir ki, bu barədə "Maariv" qəzetində vəkil Avraham Bloks tərəfindən dərc olunan “Dram: Netanyahunun hakimiyyətdən uzaqlaşdırılması üzrə rəsmi proses başladılıb” başlıqlı məqalədə qeyd olunub.

Bu iddia bir qrup hüquqşünasın İsrail hökumətinin hüquqi müşaviri Qali Baharav-Miara müraciətinə əsaslanır. “Demokratiyanın qalası” təşkilatının nümayəndəsi, vəkil Dafna Qolts-Lexner hökumətin hüquqi müşavirinə müraciət edərək, Baş nazirin vəzifədən rəsmi şəkildə uzaqlaşdırılmasını tələb edib. Bu tələb, Ali Məhkəmənin (BAGATZ) Netanyahunun ŞABAK rəhbərini təyin etməsinə icazə verməməsi barədə qərarına əsaslanır.

Əgər hüquqi müşavir tədbir görməzsə, Qolts-Lexner “Demokratiyanın qalası” adından Ali Məhkəməyə müraciət edəcəyini bildirib. Onun müşavirə ünvanladığı məktub, məhkəmə prosesinin başlanmasına səbəb ola biləcək rəsmi prosedur müraciətidir.

Qolts-Lexner məktubunda: “Qanunun aliliyini, cəmiyyətin dövlət qurumlarına inamını, qanun qarşısında bərabərlik prinsipini və vəzifəli şəxslərin maraq toqquşmasından uzaq fəaliyyət göstərməsi qaydalarını qorumaq üçün yeganə hüquqi çıxış yolu, Baş nazirin funksional fəaliyyət qabiliyyətinin itirildiyini rəsmən tanımaqdır”, - deyə qeyd edib.

Onun fikrincə, bu səlahiyyətlər konstitusiya prinsipləri ilə müəyyən olunub və yalnız istisna hallarda — məsələn, hazırkı kimi demokratiyanın əsaslarının təhlükə altında olduğu vəziyyətlərdə tətbiq olunmalıdır.

Qolts-Lexner əlavə olaraq: “Baş nazir hazırda qanunun aliliyinə açıq şəkildə hörmətsizlik edir, hüquqi sistemin dayaqlarını sarsıdır, vətəndaşların dövlətə inamına zərbə vurur və öz vəzifəsində qalmaqla İsrailin demokratik rejiminə real təhlükə yaradır. Qırmızı xəttin aşıldığı nöqtədə hüquqi müdaxilənin labüdlüyü daha da artır — bu isə yalnız funksional fəaliyyətsizliyin dərhal tanınması ilə mümkündür”, - deyə qeyd edib.

Hüquqşünaslar bildirirlər ki, Netanyahunun Ali Məhkəmənin qərarını və hüquqi müşavirin bir gün əvvəl verdiyi göstərişi görməzdən gələrək David Zinini təyin etməsi onun idarəetmə qabiliyyətini itirdiyinə və vəziyyətə adekvat yanaşa bilmədiyinə dəlalət edir. Bu isə funksional fəaliyyət qabiliyyətsizliyinin tanınması üçün əsas yaradır.

Onların arqumentinə görə, Netanyahunun bu davranışı onun məqsədli şəkildə qanunun aliliyinə zidd hərəkət etdiyini və demokratik institutları sarsıtmaq istədiyini göstərir. O, məhkəmə sistemini – demokratik idarəetmədə əsas balans mexanizmini – rədd edir və bununla da ölkənin hüquqi və demokratik strukturuna bərpaolunmaz zərər vurur. Nəticə etibarilə, “Hökumət haqqında” Əsas Qanuna uyğun olaraq, onun vəzifədən uzaqlaşdırılması tələb olunur.

Qolts-Lexner məktubunun sonunda: “Baş nazir hazırda öz səlahiyyətlərindən istifadə edərək, qanunun aliliyini zəiflətməyə, hüquq-mühafizə orqanlarını sarsıtmağa və məhkəmə sisteminə ciddi zərər vurmağa çalışır. O, bütün bunları şəxsi maraqları naminə və ictimai maraqlara tam zidd olaraq həyata keçirir”, - deyə yazıb.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 29 May 2025 08:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see406

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see379

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see363

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see320

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see308

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see278

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see256

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see253

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see216

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see215

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see207

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see204

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see197

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see197

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see195

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see186

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see184

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see182

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see179

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri