Icma.az
close
up
RU
Netanyahuya qarşı daxili üsyan?

Netanyahuya qarşı daxili üsyan?

Hurriyyet saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İki yüzdən çox keçmiş yüksək vəzifəli İsrail rəsmisi və hərbi qulluqçuları İsrail baş naziri Benyamin Netanyahu hökumətindən İordan çayının Qərb sahilində fələstinlilərə qarşı zorakılığa son qoymağı tələb edən məktub imzalayıb.

Hurriyyet.media  xəbər verir ki, məlumatı "The New York Times" (NYT) qəzeti yayıb.

Bildirilir ki, imza atanların arasında iki keçmiş baş nazir, 30-dan çox təqaüdçü ordu və hava qüvvələri generalı, keçmiş xarici və daxili kəşfiyyat rəhbərləri, ravvinlər, Nobel mükafatı laureatı və tanınmış İsrail yazıçısı var.

Məktubda onlar İordan çayının Qərb sahilində yəhudi məskunları tərəfindən həyata keçirilən "etnik təmizləməyə" son qoyulmasını tələb ediblər.

Qəzetin qeyd etdiyinə görə, bu qədər böyük bir qrup yüksək vəzifəli məmurun bu cür ittihamları indiyədək "praktik olaraq eşidilməmişdi".

Bu müraciətin baş nazir Benyamin Netanyahu tərəfindən qəbul edilməsi mümkündürmü?

Politoloq Məhəmməd Əsədullazadə Musavat.com-a bildirib ki, keçmiş generalların, təhlükəsizlik və kəşfiyyat sisteminin rəhbərlərinin də bu məsələyə açıq şəkildə müdaxilə etməsi problemin İsrailin dövlət və təhlükəsizlik elitası daxilində də ciddi narahatlıq doğuran tərəflərinin olduğunu göstərir:

"Bu hadisənin ən önəmli tərəfi odur ki, İsrailin keçmiş siyasi və təhlükəsizlik elitasının böyük qrupu İordan çayının Qərb sahilində fələstinlilərə qarşı zorakılığın mövcudluğunu açıq şəkildə təsdiqləyərək hökuməti bu prosesə son qoymağa çağırıb. Bu, həm də etiraf və etiraz kimi qəbul edilə bilər. Düzdür, məktub İsrail dövlətinin rəsmi etirafı deyil. Yəni Netanyahu hökuməti və ya İsrail dövləti "İordan çayının Qərb sahilində fələstinlilərə qarşı etnik təmizləmə aparırıq" məzmununda rəsmi mövqe ortaya qoymayıb. Söhbət İsrailin nüfuzlu keçmiş dövlət və hərbi xadimlərinin mövqeyindən gedir. Lakin məktubu imzalayan şəxslərin İsrailin təhlükəsizlik və siyasi sisteminin içindən gəlməsi bu ittihamların əhəmiyyətini artırır. Bu isə Netanyahu hökuməti üçün həm daxili siyasi, həm də beynəlxalq reputasiya baxımından ciddi xəbərdarlıqdır. Bu müraciətin siyasi əhəmiyyəti kifayət qədər böyükdür. Xüsusilə də göründüyü kimi, söhbət yalnız sıravi ictimai fəallardan deyil, iki keçmiş baş nazir, 30-dan çox istefada olan general, keçmiş kəşfiyyat rəhbərləri və digər nüfuzlu şəxslərdən getdiyi üçün məsələ Netanyahu hökuməti üçün ciddi daxili siyasi təzyiq yarada bilər".

Ekspertin fikrincə, Netanyahunun belə bir müraciəti olduğu kimi qəbul edib hökumət siyasətini köklü şəkildə dəyişməsi hazırkı siyasi şəraitdə çox az ehtimal olunandır:

"Bunun əsas səbəbi onun hökumət koalisiyasının sağ və ifrat sağ qanadının məhz məskunlaşmaların genişləndirilməsi, İordan çayının Qərb sahilində İsrail nəzarətinin artırılması və əraziyə ilhaq siyasətini müdafiə etməsidir. Lakin bu o demək deyil ki, müraciətin Benyamin Netanyahu üçün heç bir əhəmiyyəti yoxdur. Əksinə, bu cür imza kampaniyası İsrail daxilində legitimlik və təhlükəsizlik məsələsini hökumətin qarşısında daha ciddi şəkildə qoyur. Burada daha bir mühüm məqam var ki, bu müraciətdə deyilənlər yalnız xarici təşkilatların və ya Fələstin tərəfinin iddialarından ibarət deyil, İsrailin öz keçmiş generalları, kəşfiyyat rəhbərləri və siyasi xadimləri də İordan çayının Qərb sahilində baş verənlərin təhlükəli miqyas aldığını bildirirlər. Bu, məsələyə İsrail cəmiyyətinin daxilindən verilən çox ciddi siqnaldır. Əslində, İsrail cəmiyyətinin verdiyi bu siqnal müsbət qiymətləndirilməlidir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 01 Sentyabr 2026 20:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see446

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see397

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see293

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see222

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see217

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see216

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see215

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see211

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see204

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see196

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see193

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see191

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see187

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see184

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see183

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see176

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see175

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see166

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see163

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri