Netflix 2030 cu il Dünya Kubokunun yayım hüquqlarını əldə edib
Banco.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Müəllif:Mehin Qasımova,Banco.az
“Netflix” İspaniya və Andorrada 2030-cu il FIFA Dünya Kubokunun eksklüziv yayım hüquqlarını əldə edib.
Banco.az xəbər verir ki, razılaşmaya əsasən, turnirin bütün oyunları hər iki ölkədə yalnız “Netflix” platforması vasitəsilə canlı yayımlanacaq.
2030-cu il Dünya Kuboku futbol üzrə dünya çempionatının 100 illik yubileyinə təsadüf edəcək. Turnirin 8 iyun – 21 iyul tarixlərində keçirilməsi planlaşdırılır. Əsas ev sahibləri İspaniya, Portuqaliya və Mərakeş olacaq. Yubiley çərçivəsində Uruqvay, Argentina və Paraqvayda da xüsusi oyunlar təşkil ediləcək.
Razılaşma çərçivəsində “Netflix” oyunların canlı yayımı ilə yanaşı, matçöncəsi, fasilə və oyunsonrası proqramlar, gündəlik icmallar və turnirə qədər eksklüziv məzmun təqdim edəcək.
Platformanın kontent direktoru Bela Bajaria bildirib ki, Dünya Kuboku insanları bir araya gətirən ən böyük idman tədbirlərindən biridir. O, İspaniya və Andorradakı tamaşaçılara turnirin bütün oyunlarını təqdim etməkdən məmnun olduqlarını vurğulayıb.
FIFA-nın baş katibi Mattias Qrafström də “Netflix” ilə əməkdaşlığın genişləndirilməsini müsbət qiymətləndirərək, əsas məqsədlərinin futbol azarkeşlərini turnirə daha da yaxınlaşdırmaq olduğunu bildirib.
Qeyd edək ki, “Netflix”in FIFA ilə əməkdaşlığı ABŞ və Kanadada keçiriləcək 2027 və 2031-ci il Qadınlararası Dünya Kuboklarının yayım hüquqlarını da əhatə edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 14 Oktyabr 2026 09:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















