Icma.az
close
up
RU
Netflix də reytinqləri geridə qoyan film “Florensiya Canavarı”

Netflix də reytinqləri geridə qoyan film “Florensiya Canavarı”

Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Netflix”in İtaliya istehsalı olan orijinal mini-serialı “Florensiya Canavarı” qlobal miqyasda böyük rezonans yaradıb və platformanın dünya reytinqində birinci yerə yüksəlib. 

Lent.az xarici mediaya istinadla xəbər verir ki, oktyabrın 20-26-da kriminal dram 9,6 milyon baxış toplayaraq qeyri-ingilisdilli şoular arasında lider olub. Serial cəmi bir neçə gün əvvəl - oktyabrın 22-də yayımlanmasına baxmayaraq, artıq 44 ölkədə birinci yerə çıxıb və ümumilikdə 85 ölkədə ilk onluğa düşüb.

Belə yüksək maraq nəticəsində “Florensiya Canavarı” ötən həftənin platformadakı tam liderinə çevrilib və hətta ingilisdilli reytinqin favoriti olan “Nobodys Looking” serialının ikinci mövsümünü də geridə qoyub (8,6 milyon baxış).

Serial 1960-cı illərin sonundan 1980-ci illərin ortalarına qədər Florensiyada baş vermiş və hələ də tam açılmamış qala¬n səkkiz ikiqat qətl işindən bəhs edir. “Florensiya Canavarı” adlandırılan naməlum qatillə bağlı araşdırma, xüsusilə avtomobillərdə park halında olan sevgili cütlüklərin 22-ci kalibr “Beretta” silahı ilə qətlə yetirilməsi faktları, artıq uzun illərdir İtaliya ictimaiyyətinin yaddaşında dərin iz buraxıb və indi bu mövzu bütün dünyada geniş maraq doğurur.

Dörd seriyadan ibarət olan mini-serial əsasən Florensiyada çəkilib. Layihənin rejissoru Stefano Sollima yenidən ssenarist Leonardo Fazoli və tanınmış operator Paolo Karnera ilə birlikdə çalışıb. Hər bölüm araşdırma zamanı fərqli dövrlərdə şübhəli qismində dəyərləndirilmiş ayrı-ayrı şəxslərə fokuslanır.

Sollimanın sözlərinə görə, bu yanaşma həm canavarın kimliyi barədə fərqli versiyaları təqdim etmək, həm də insanın içindəki şərin müxtəlif formalarını və şəxsi münasibətlərdə üzə çıxan qaranlıq tərəfləri izləmək imkanı verir.

Qeyd edək ki, Netflix real tarixi hadisələr və tanınmış şəxsiyyətlər əsasında çəkilmiş uğurlu layihələr seriyasını davam etdirir. “Tac”, “Qinnessin evi”, “Kraliça Şarlotta” və “İmperatriça” kimi populyar ekran işlərindən sonra platforma yenə tarixi dram janrına müraciət edir. Bu dəfə fokus ABŞ tarixinin ən nüfuzlu və tanınmış ailələrindən biri olan Kennedilərə yönəlib. Yeni layihə “Kennedilər” adlanır və Pulitzer mükafatçısı Fredrik Loqevallın “John F. Kennedy: A Growing Up in the American Era, 1917–1956” kitabı əsasında hazırlanır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:101
embedMənbə:https://lent.az
archiveBu xəbər 03 Noyabr 2025 19:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see661

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see282

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see260

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see247

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see223

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see218

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see204

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see189

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see188

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see174

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see168

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see160

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see159

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see155

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see151

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see147

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see146

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see145

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see144

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri