“Netflix” Joze Mourinyo haqqında sənədli film təqdim edəcək
Yeniavaz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Avqustun 11-də “Netflix”də “Jose Mourinho: The Special One” sənədli filminin premyerası olacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə xidmətin rəsmi sosial şəbəkə hesabında məlumat verilib.
Məlumata görə, sənədli film müasir futbolun ən böyük məşqçilərindən biri hesab edilən portuqaliyalı Joze Mourinyonun həyat və karyerasından bəhs edir.
Layihənin yaradıcıları Mourinyonun karyerasından əvvəllər yayılmamış epizodları, eləcə də məşhur futbolçularla eksklüziv müsahibələri təqdim edəcəklərini vəd edirlər.
İştirakçılar arasında Ser Aleks Ferqyuson, Con Terri, İker Kasilyas, Zlatan İbrahimoviç, Didye Droqba, Marselo, Samuel Eto'o, Xavyer Zanetti, Frenk Lempard və Petr Çex var.
Filmdə Mourinyonun məşqçi karyerasında əsas uğurları, həmçinin, əfsanəvi oyunçularla qalmaqalları əks olunub.
Filmdə həmçinin onun “Xüsusi Biri” ləqəbini necə qazandığı araşdırılıb.
Qeyd edək ki, 11 iyun 2026-cı ildə “Real Madrid” rəsmi olaraq Joze Mourinyonun baş məşqçi təyin olunduğunu elan edib.
Onun müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.
Bu mövzuda digər xəbərlər:Netflix Mourinyo haqqında sənədli serial yayımlayacaq
14 İyul 2026 00:42
Netflix dən Metyu Perri haqqında yeni sənədli film
02 Sentyabr 2026 11:32
Joze Mourinyo zədələndi İdmanXəbər
04 Noyabr 2024 19:46
Joze Mourinyo diskvalifikasiya edildi
08 Noyabr 2024 18:00
Joze Mourinyo Braziliya millisində?
04 Aprel 2025 14:36
Baxış sayı:117
Bu xəbər 29 İyul 2026 15:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















