Netflix : Warner Bros ilə bağlanan müqavilə daha çox filmi kinoteatrlara gətirəcək
Icma.az, Banco.az portalına istinadən məlumat verir.
Müəllif:Mehin Qasımova,Banco.az
"Warner Bros" ilə bağlanan müqavilə daha çox filmi kinoteatrlara gətirəcək".
Banco.az xəbər verir ki, bu sözləri Netflix-in həmsədri Ted Sarandos deyib.
O deyib ki, şirkətin Warner Bros Discovery-ni satın alması kinoteatrlarda daha çox filmin nümayişinə səbəb ola bilər.
İki şirkətin birləşməsi film sənayesi üçün müsbət nəticələr verə bilər. "Netflix" ötən ilin dekabr ayında Warner Bros-un film studiyalarını və rəqəmsal yayım əməliyyatlarını 72 milyard dollara almaq üçün razılaşma imzalayıb.
"Warner Bros" “Harry Potter” və “Lord of the Rings” kimi məşhur film franşizalarına sahibdir. "Netflix" indiyə qədər filmlərini əsasən məhdud sayda kinoteatrlarda və qısa müddətə nümayiş etdirirdi. Halbuki Sarandos ötən ilin aprelində kinoteatr modelini köhnəlmiş konsepsiya adlandırmışdı.
Şirkətin Warner Bros-u alması ehtimalı Hollivudda narahatlıq yaradıb. Kino şəbəkələri və həmkarlar ittifaqları birləşmənin kinoteatrlarda göstərilən filmlərin sayını azalda biləcəyini bildiriblər.
ABŞ Ədliyyə Nazirliyi də satışın sənayeyə təsirini qiymətləndirmək üçün araşdırmalara başlayıb. "Netflix" isə "Warner Bros" filmlərini ən azı 45 gün yalnız kinoteatrlarda nümayiş etdirməyi planlaşdırdığını açıqlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:180
Bu xəbər 20 Fevral 2026 09:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















