Icma.az
close
up
RU
“Nəticə üçün ac olmaq lazımdı” Yuri Vernidub

“Nəticə üçün ac olmaq lazımdı” Yuri Vernidub

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Misli premyer-liqasının 17-ci turinda “Neftçi” evdə “Zirə” ilə heç-heçə etdi - 0:0. “Football-plus.az” “ağ-qaralar”ın baş məşqçisi Yuri Vernidubun oyunsonrası mətbuat konfransından hesabatı təqdim edir.
- İki fərqli hissə oldu. Varqas meydana çıxandan sonra fəallıq artdı.
- Varqasın əvvəldən meydanda olmaması fiziki hazırlığına görədi, yoxsa taktiki gediş idi?
- İlk hissə uğurlu oldu. Təlim-məşq toplanışında nəticə önəmli olmur. Burdakı məqsəd fərqli və çətindi. Hər oyun xal qazanmalıyıq. Xeyli yuxarı qalxmaq istəyirik. İkinci hissədə dəyişiklik etdik. İlk hissədə iki dayaq yarımmüdafiəçisi var idi, ikinci yarıda ancaq Metyunu saxladıq. Eminlə Varqas da irəlidə oldu. Oyunçularım nəticədən məyus oldu. Qarşıda 16 oyun var. İşimiz çoxdu.
- Elvin Bədəlov irəli çox çıxırdı. Bu sizin təlimatınızdı?
- Bizdə belə qayda var: müdafiəçi topu qəbul edib, hərəkət etməlidi. Topla hərəkət vacibdi.
- Demək olar ki, özünüz üçün heyət formalaşdırmısız? Qış toplanışında daha çox Emil Balayev qapıda idi. İndi isə Kenan Piriçə şans verdiz.
- Toplanış toplanışdı, həmin vaxt futbolçularla tanış olurduq. Sonuncu oyunda isə bugünkü heyət oynamışdı. Ona görə də həmin heyəti seçmək qərarı verdik. Nəzərə alaq ki, 22 futboçu var, hamı oynamaq istəyir. Əlimdən gələni edəcəm ki, hamı oynasın. Qapıçı məşqçimiz "Beşiktaş"da işləyib. Ona tam etibar edirəm. Toplanışda gördüm ki, o oyunçularla necə işləyir. Vaxt gələcək Rza Cəfərov da, Emil Balayev də oynayacaq. Baş məşqçi kimi bu gün seçimim Piriç idi. Qol buraxmadığı üçün, demək olar, doğru seçim idi. Nəticə fərqli olsaydı, digər oyunçulara da şərait yaratmaq haqda düşünərdim.
- Komandada eyni səviyyədə 22-23 futbolçu var. “Şerif” və “Krivbass”da belə imkanınız olub?
- 22 futbolçu var, toplanışda da gördüz ki, hamısı oynamaq istəyir. Pis oyun göstərmədilər. Həmin vaxt basqı da az idi. Amma gözəl oynadılar. Burdakı heyət "Krivbass"dakından daha güclüdü. Amma onların başqa üstünlüyü var idi - qələbədən baqa heç nə istəmirdilər. Nəticədə bürünc medal qazandılar. Ümid edirəm ki, bizim oyunçular da belə olacaq. Nəticə üçün ac olmaq lazımdı. İstəyərdik ki, ən yuxarıda olaq. Amma ən azı başlanğıc üçün hansısa nəticə göstərməlidilər.
- Söz verirsiz ki, "Neftçi"yə uğur qazandıracaqsız?
- İnanmasaydım, burda olmazdım. Həyatda ən önəmlisi nəyəsə inanmaq və arzulamaqdı. Bunlar olmasa, həyatın nə mənası?!
MÜZƏFFƏR QULUZADƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:259
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 23 Yanvar 2026 22:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see379

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see310

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see309

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see269

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see253

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see205

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see198

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see185

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see184

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see183

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see175

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see172

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see171

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see170

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see169

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see168

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see167

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see167

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see167

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri