Icma.az
close
up
RU
Nəticədə qiymətli metallar ucuzlaşır, dollar möhkəmlənir İqtisadçı

Nəticədə qiymətli metallar ucuzlaşır, dollar möhkəmlənir İqtisadçı

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Dünya bazarında qızıl və gümüşün dəyər itirməsi, eyni zamanda dolların möhkəmlənməsi qlobal maliyyə bazarlarında risklərin yenidən qiymətləndirildiyini göstərir. Bu cür proseslər adətən bir neçə əsas amilin eyni vaxtda təsir göstərməsi nəticəsində baş verir və qısamüddətli dalğalanma kimi başlasa da, müəyyən şərtlər daxilində davamlı xarakter ala bilər. Əsas amillərdən biri ABŞ-da pul-kredit siyasəti ilə bağlı gözləntilərdir. Federal Ehtiyat Sisteminin faiz dərəcələrini yüksək səviyyədə saxlaya biləcəyi və ya gözləniləndən daha gec endirəcəyi ehtimalı dolları investorlar üçün daha cəlbedici edir".

Bunu 525.az-a iqtisadçı ekspert Akif Nəsirrli söyləyib. O qeyd edib ki, faizlər yüksək qaldıqca dollarla ifadə olunan maliyyə alətləri gəlir baxımından üstün mövqe tutur, bu isə qızıl və gümüş kimi gəlir gətirməyən aktivlərə marağın azalmasına səbəb olur. Nəticədə qiymətli metallar ucuzlaşır, dollar isə möhkəmlənir.

Eyni zamanda qlobal iqtisadi qeyri-müəyyənliklərin nisbətən azalması və ya maliyyə bazarlarında risk iştahının artması da bu prosesə təsir göstərir. İnvestorlar resessiya və ya dərin böhran qorxusu zəiflədikdə təhlükəsiz liman hesab olunan qızıl və gümüşdən çıxaraq daha yüksək gəlir vəd edən aktivlərə yönəlirlər. Bu tendensiya da dolların mövqeyini gücləndirir, çünki qlobal ticarət və maliyyə əməliyyatlarının böyük hissəsi məhz dollar üzərindən həyata keçirilir:

"Prosesin davam edib-etməməsi əsasən ABŞ iqtisadiyyatının əsas göstəricilərindən, inflyasiyanın dinamikasından və Federal Ehtiyat Sisteminin qarşıdakı dövrdə verəcəyi qərarlardan asılı olacaq. Əgər inflyasiya hədəf səviyyədən yuxarı qalmaqda davam edərsə və faiz endirimləri təxirə salınarsa, dolların güclü mövqeyini qoruması, qızıl və gümüşün isə təzyiq altında qalması ehtimalı yüksəkdir. Lakin qlobal siyasi risklərin artması və ya ABŞ iqtisadiyyatında gözlənilməz zəifləmə baş verərsə, vəziyyət qısa müddətdə əks istiqamətə dəyişə bilər".

O vurğulayıb ki, mövcud mənzərə Azərbaycan dövləti üçün də müəyyən üstünlüklər yaradır. Dolların möhkəmlənməsi ölkənin valyuta gəlirlərinin, xüsusən də enerji ixracından əldə olunan daxilolmaların real dəyərinin qorunmasına və büdcə sabitliyinin möhkəmlənməsinə müsbət təsir göstərir. Qızılın ucuzlaşması isə dövlətin qızıl ehtiyatlarının idarə olunması baxımından əlavə manevr imkanları yarada bilər. Ümumilikdə, qlobal bazarlarda formalaşan bu tendensiya qısa və orta müddətdə davam edərsə, Azərbaycan üçün makroiqtisadi sabitlik baxımından daha çox müsbət nəticələr vəd edən ssenari kimi qiymətləndirilə bilər

Sevinc Qarayeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:160
embedMənbə:https://525.az
archiveBu xəbər 04 Fevral 2026 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see363

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see303

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see301

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see301

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see296

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see277

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see277

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see277

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see262

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see256

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see255

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see251

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see250

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see249

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see244

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see242

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see232

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see228

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri