Icma.az
close
up
RU
Nəvainin Azərbaycanda böyük arxivi var

Nəvainin Azərbaycanda böyük arxivi var

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakıda böyük özbək şairi və mütəfəkkiri Əlişir Nəvainin anadan olmasının 585 illiyinə həsr olunmuş elmi konfrans keçirilib.

Özbəkistan səfirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) təşkilatçılığı ilə baş tutan mərasimdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov, Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün, ədəbiyyat, mədəniyyət və tarix sahəsi üzrə alimlər, tədqiqatçılar və mütəxəssislər iştirak ediblər.

Akademik İsa Həbibbəyli çıxışında qeyd edib ki, illər ərzində Əlişir Nəvainin yaradıcılığı çoxsaylı konfrans və tədqiqatların mövzusu olub.

“Artıq 10 ilə yaxındır ki, bu hadisəni qeyd edirik. Bu gün Daşkənddən sonra Nəvainin əlyazmalarının saxlanıldığı ən böyük mərkəz Azərbaycandadır. Akademiyanın xəzinəsində əlyazmalar, o cümlədən Nəvainin orijinal mətnləri və özbək ustaların qeydləri olan əlyazmalar ideal vəziyyətdədir. Şairin ən zəngin irsi bizdə cəmləşib və burada saxlanılan kitablar, məqalələr və tədqiqatlar əsasında bütöv bir kitabxana toplamaq olar”, – deyə o vurğulayıb.

Səfir Bahrom Aşrafxanov Bakının türk mədəniyyətinin mərkəzi kimi tarixi əhəmiyyətini vurğulayıb və qeyd edib ki, Nəvainin irsinin öyrənilməsi və təbliği üzrə səylər Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəstəyi ilə davam etdirilir. O əlavə edib ki, 2026-cı ildə Əmir Teymur və Əlişir Nəvainin yubileyləri çərçivəsində mədəni əlaqələrin möhkəmləndirilməsi və irsin yeni nəsillərə ötürülməsi üçün irimiqyaslı beynəlxalq tədbirlər təşkil olunacaq.

Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün isə  Əlişir Nəvainin təkcə XV əsrin böyük şairi deyil, həm də türk dünyasının mədəni və mənəvi irsinin yaradıcısı olduğunu qeyd edib. O vurğulayıb ki, Nəvainin irsi türk dilini mədəniyyət, ədəbiyyat və sivilizasiya dəyərlərinin ötürülməsi vasitəsinə çevirir.
Qabil YUSİFOĞLU
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:217
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Fevral 2026 22:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see439

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see309

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see287

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see259

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see237

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see229

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see229

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see228

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see225

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see215

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see207

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see200

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see198

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see197

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see197

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see190

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see190

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see189

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see188

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri