Icma.az
close
up
RU
Newsweek: Putin və Zelenski müharibəni bitirmək üçün razılığa gələcək

Newsweek: Putin və Zelenski müharibəni bitirmək üçün razılığa gələcək

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

Çox güman ki, 2025-ci ildə ABŞ-ın seçilmiş prezidenti Donald Trampın səyləri nəticəsində Ukraynada aktiv hərbi əməliyyatlar dayandırılacaq.

APA xəbər verir ki, bu barədə Newsweek ekspert rəylərinə istinadən yazır.

Bildirilir ki, bununla belə, çətin ki, bu, Ukrayna və Rusiya Federasiyası arasında yekun barışıq olsun. Nəşr qeyd edir ki, 2025-ci ilin əvvəlində Rusiya çox güman ki, döyüş meydanında hücum sürətini saxlayacaq.

Bununla belə, yanvarın 20-də prezident səlahiyyətlərinin icrasına başlayacaq olan Donald Tramp müharibəni dərhal bitirəcəyini vəd edir. Onun komandası artıq hər iki tərəfə güzəştə getməklə bağlı eyham vurub.

ESSEC Geosiyasət və Biznes Mərkəzinin (Fransa) alim həm-direktoru Sedomir Nestoroviç qeyd edir ki, Trampın Ukraynaya hərbi dəstəyi davam etdirmək istəməməsi onu göstərir ki, Kiyevi çox gec olmadan danışıqlara başlamağa məcbur edəcəklər. Onun fikrincə, atəşkəsin bağlanması üçün Ukrayna alyansa rəsmi qoşulmadan belə, NATO-dan yardım ala biləcək, Rusiya isə sanksiyaların qismən yumşaldılmasına nail olacaq.

“Ukrayna üçün ərazi itirilməsi yekun itki demək deyil. Çünki həm Rusiyanın, həm də Ukraynanın tələblərini ödəmək üçün çoxlu düsturlar tapmaq olar” – Nestoroviç deyib.

ESSEC Biznes Məktəbinin siyasi elmlər professoru Aurelien Kolson da sülh danışıqlarının bu il başlayacağını gözləyir.

“Rusiya prezidenti Vladimir Putin Ukraynaya veriləcək əlavə hərbi vasitələrdən qorxaraq, Ukrayna prezidenti Vladimir Zelenski isə ABŞ-ın dəstəyini əhəmiyyətli dərəcədə geri çəkməmək üçün razılığa gələcək. Hər halda, bu, müharibənin sonu deyil, daha çox atəşkəs olacaq” – Kolson deyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://apa.az
archiveBu xəbər 01 Yanvar 2025 17:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see257

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see236

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see148

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see146

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see139

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri