Neymar 6 həftə oynamayacaq KONKRET
Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Santos”un hücumçusu Neymar Braziliya Kubokunun 1/4 final mərhələsinin “Palmeyras”la cavab oyununda (0:0) zədələnib.
KONKRET.az xəbər verir ki, Neymar tibbi müayinədən keçib. Nəticələr göstərib ki, o, ötən çərşənbə keçirilən oyun zamanı sağ budunun düz əzələsində 2B tipli əzələ zədəsi alıb. Futbolçu hazırda klubun “Rey Pele” məşq bazasında tibbi heyətin nəzarəti altında müalicə və bərpa prosesi keçir.
Jurnalist Qabriela Arantes Brinonun məlumatına görə, Neymarın tam sağalması üçün təxminən 4-6 həftə vaxt lazım olacaq.
Oyundan sonra 34 yaşlı braziliyalı futbolçu “Vila Belmiro” stadionunun ot örtüyünün keyfiyyətini tənqid edib.
İlk qarşılaşmada “Palmeyras” 3:0 hesabı ilə qalib gəlib. Bu səbəbdən iki oyunun nəticəsinə əsasən, “Palmeyras” yarımfinala yüksəlib. (Lent.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 05 Sentyabr 2026 20:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















