Icma.az
close
up
RU
Neymar lənətlənib! yenə zədələndi və meydanı göz yaşı ilə tərk etdi

Neymar lənətlənib! yenə zədələndi və meydanı göz yaşı ilə tərk etdi

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Neymar Braziliya çempionatının 4-cü turunun “Santos” – “Atletiko Mineyro” (2:0) oyununun 34-cü dəqiqəsində əvəzləndi. Zədə alan məşhur hücumçu meydanı elektrokarda tərk etdi.
“Atletiko Mineyro” ilə oyun Neymar üçün xüsusi əhəmiyyət daşıyırdı. Axı “Santos”un 33 yaşlı hücumçusu vətənə dönəndən sonra ilk dəfə A seriyasının oyununda start heyətində yer almışdı. Ancaq bu oyun yeni məyusluq gətirdi – cəmi 34 dəqiqə oynaya bilən Neymar əvəzlənməsini xahiş etdi. O, sərbəst hərəkət edə bilmirdi, bu üzdən elektrokar meydana çıxmalı oldu. Futbolçu acığından ağlayırdı, bu anın videosu internetdə geniş yayılıb.
Həqiqətən də Neymarın məyus olması üçün əsas var – son ayyarımda sol budundan müalicə almış, yenicə lazaretdən ayrılmışdı. Məhz bu səbəbdən A seriyasında mövsümün startını boşa verib, Braziliya yığmasının martda Argentina və Kolumbiya ilə keçirdiyi seçmə oyunlarda görünməyib. ESPN-in yaydığı xəbərə görə, vinger sol budundakı zədəni yeniləyib.
“Santos” bu vəziyyətdə Neymara dəstək verib. Klubun sosial şəbəkə hesablarında belə paylaşım yer alıb: “Şahzadə! Bütün “Santos” ailəsi səninlədi”.
O da maraqlıdı ki, Neymar doğma “Santos”un heyətində evdə 100-cü oyuna çıxmışdı. Klub hətta bu əlamətdar günlə bağlı xüsusi futbolka hazırlamışdı. Göründüyü kimi, yubiley korlandı.
Neymarın futbola istədiyi kimi dönüşü heç cür alınmır. Son illərdə zədələr ulduz braziliyalıya əzab verir. O, “Santos”a 2025-in yanvarında dönüb, ancaq belə qısa müddət ərzində artıq orta ağırlıq dərəcəsinə malik ikinci zədəsini aldı.
Neymarın 2023-cü ilin avqustunda qoşulduğu “Əl-Hilal”da vəziyyət bundan da bərbad idi. Elə həmin ilin payızında xaçvari bağları qırılan hücumçu bir ildən artıq yaşıl meydandan kənarda qaldı. Braziliyalı Səudiyyə Ərəbistanı klubunda yalnız 7 oyun keçirməyə imkan tapdı.
Cari mövsümə gəlincə, Neymar “Santos”un heyətində bütün turnirlərdə 11 oyuna çıxıb və 3 qol vurub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 24 Aprel 2025 22:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see238

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see179

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see165

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see164

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see156

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see155

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see144

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri