Icma.az
close
up
RU
Neymar mövsümün qalan hissəsində “Əl Hilal”da olmayacaq

Neymar mövsümün qalan hissəsində “Əl Hilal”da olmayacaq

Yeniavaz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Səudiyyə Ərəbistanının “Əl-Hilal” futbol klubunun braziliyalı hücumçusu Neymar komandanın ölkə çempionatının ikinci yarısı üçün iştirak ərizəsinə daxil edilməyəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Əl-Hilal”ın baş məşqçisi, portuqaliyalı Xorxe Jezus bildirib.
Neymarın “Əl-Hilal”la müqaviləsi 2025-ci ilin iyunun sonuna kimi nəzərdə tutulub.
“Neymar qeydiyyatdan keçməyəcək, lakin o, Asiya Çempionlar Liqasında iştirak edə bilər. O, dünya səviyyəli oyunçudur. Amma həqiqət budur ki, fiziki cəhətdən Neymar artıq bizim alışdığımiz səviyyədə çıxış edə bilməz”, - Jezus bildirib.
Qeyd edək ki, Neymar 2023-cü ilin avqustunda “Əl-Hilal”a keçib. Oktyabrda Uruqvay yığması ilə 2026-cı il Dünya Çempionatının seçmə mərhələsində (0:2) zədələnib. Futbolçuya ön çarpaz bağ və menisk yırtığı diaqnozu qoyulub. Braziliyalı bir il sonra Asiya Çempionlar Liqasının əsas mərhələsinin üçüncü turunun BƏƏ-nin “Əl Ayn” klubu ilə oyununda (5:4) meydana qayıdıb. Bundan sonra “Əl-Hilal” milli turnirlərdə üç oyun keçirib, braziliyalı heyətdə olmayıb. Noyabrın 4-də Neymar zədəsi sağaldıqdan sonra Çempionlar Liqasının ümumi mərhələsinin iranlı “İstiqlal” komandası ilə (4:0) oyununda ikinci hissədə əvəzedici kimi meydana çıxıb, lakin o sağ ayağındakı diskomfortla əlaqədar yarım saatdan sonra meydanı tərk edib.
Xatırladaq ki, Neymarın 32 yaşı var, 2017-ci ildə rekord 222 milyon avroya İspaniya “Barselona”sından Fransa PSJ-nə transfer olub. Futbolçu PSJ ilə birlikdə beşqat Fransa çempionu və dörd dəfə ölkə Superkubokunun qalibi olub. O, həmşçinin, üç dəfə Fransa Kubokunu, iki dəfə Liqa Kubokunu qazanıb.
“Barselona”nın tərkibində futbolçu iki dəfə İspaniya çempionluğunu, üç dəfə ölkə kubokunu, Çempionlar Liqasını, UEFA Superkubokunu və Klublararası Dünya Kubokunu qazanıb.
Neymarın ilk klubu oyunçunun Braziliya kubokunu və Libertadores kubokunu qazandığı “Santos” klubu olub. O, Braziliya millisinin tarixinin ən yaxşı bombardiridir (ümumilikdə, 128 oyun üçün 79 qol).
“Əl-Hilal” 15 görüşdən sonra 40 xalla Səudiyyə Ərəbistanı çempionatının turnir cədvəlinə başçılıq edir. Komanda növbəti oyununu yanvarın 21-də evdə “Əl-Vehda” klubuna qarşı keçirəcək.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:298
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 17 Yanvar 2025 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see355

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see353

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see314

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see304

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see304

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see302

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see287

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see286

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see275

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see241

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see239

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see235

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see230

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see227

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see217

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see208

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see203

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see183

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see181

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri