Neymar Santos da təqdimatı zamanı göz yaşlarını saxlaya bilmədi
Icma.az bildirir, Oxu.az portalına istinadən.
32 yaşlı hücumçu Neymar yetirməsi olduğu "Santos"un futbolçusu kimi təqdimatı zamanı göz yaşlarını saxlaya bilməyib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.
Kadrlarda braziliyalı futbolçunun təqdimatında stadionun tam dolu olduğu və azarkeşlərin onun adını səsləndirdikləri görünür.
Neymar "Santos"un böyüklər komandasında 2009-13-cü illərdə çıxış edib. Bu müddət ərzində o, bütün turnirlərdə 225 matçda iştirak edib, 136 qol və 64 məhsuldar ötürmə ilə yadda qalıb. Oyunçunun klubla hazırkı müqaviləsi 2025-ci ilin yayına qədərdir. "Transfermarkt" portalında təqdim olunan məlumata görə, Neymarın bazar dəyəri 15 milyon avrodur.








BMTdə çıxışı zamanı göz yaşlarını saxlaya bilmədi VİDEO
04 Yanvar 2025 08:51
Mətanət göz yaşlarını saxlaya bilmədi Video
28 Dekabr 2024 16:08
Səhnədə göz yaşlarını saxlaya bilmədi FOTO
19 Dekabr 2024 11:13
Almeyda göz yaşlarını saxlaya bilmədi Foto
11 Fevral 2025 18:45
Salah göz yaşlarını saxlaya bilmədi FOTO
12 Mart 2025 08:25

