Neymar: “Yamal dünyanın ən yaxşı futbolçusudur”
Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Santos”un hücumçusu Neymar sosial şəbəkə hesabında "Barselona"nın futbolçusu Lamin Yamalla bağlı paylaşım edib.
QOL.az xəbər verir ki, o, “Sofascore”un statistik göstəricilərini əks etdirən foto yayımlayıb.
Həmin statistikada braziliyalı futbolçunun 2017/2018 mövsümündə PSJ-dəki çıxışı ilə “Barselona”nın ispaniyalı cinah oyunçusu Lamin Yamalın cari mövsümdəki göstəriciləri müqayisə olunub.
Neymar paylaşımına “Lamin Yamal dünyanın ən yaxşı futbolçusudur” sözlərini əlavə edib.
Qeyd edək ki, cari mövsümdə “Barselona”nın heyətində bütün turnirlərdə 10 oyun keçirən Lamin Yamal 8 qol vurub və 9 məhsuldar ötürmə edib. İspaniya millisinin formasında isə 4 matçda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Futbolçunun klubla müqaviləsi 2031-ci ilin yayına qədər qüvvədədir. Yamal 2026-cı ildə “Qızıl top” mükafatını qazanmağa əsas namizədlərdən biri hesab olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 17 Oktyabr 2026 09:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















