Neymar yenidən Avropada oynayacaq: bu nəhənglər elçi düşdü
Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Braziliyalı ulduz Neymar karyerasını İtaliyada davam etdirmək niyyətindədir.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, jurnalist Fabritsio Romanonun məlumatına görə, "Santos"un 33 yaşlı hücumçusu "İnter" və "Napoli"nin transfer hədəfləri sırasına daxil edilib.
Mənbənin iddiasına görə, Neymar özü də A Seriyasına keçməyə müsbət yanaşır. Onun "Santos"la müqaviləsi 2024-cü il dekabrın 31-də başa çatacaq və futbolçu qış transfer pəncərəsində Avropaya dönüş planlaşdırır.
Ulduz oyunçu həmçinin Braziliya millisinin baş məşqçisi Karlo Ançelottinin diqqətini çəkərək DÇ-2026-dan əvvəl yığmaya qayıtmağı hədəfləyir.
Qeyd edək ki, Neymarın ötən yay "Milan"a keçidi üçün də təklif alması barədə xəbərlər yayılmışdı.
Tural
Milli.Az


