Neymarın milliyə çağırılması böyük sevincə səbəb oldu Video
Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Braziliya Futbol Konfederasiyası (CBF) 2026-cı il dünya çempionatı üçün milli komandanın 26 nəfərlik yekun heyətini açıqlayıb.
QOL.az xəbər verir ki, heyətdə “Santos”un hücumçusu Neymar da yer alıb. 34 yaşlı futbolçunun mundiala aparılacağı sual altında idi.
Neymarın milliyə çağırılmasını canlı yayımda baş məşqçi Karlo Ançelotti elan edib. Bunu eşidən azarkeşlər sevinclərini gizlədə bilməyiblər.
Karlo Ançelotti keçirdiyi mətbuat konfransında Neymarın milliyə dəvət edilməsi barədə suala belə cavab verib: “O, dünya çempionatında bizim üçün vacib oyunçu olacaq. Biz ilboyu onun oyununu izlədik. Belə qənaətə gəldik ki, son vaxtlar Neymarın çıxışlarında sabitlik yaranıb, o, yaxşı fiziki formadadır”.
Baxış sayı:184
Bu xəbər 19 May 2026 08:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















