Icma.az
close
up
RU
Nəzrin əməliyyatdan 35 gün öncə müayinə edilmişdi, həkimi araşdırmamışdı VİDEO

Nəzrin əməliyyatdan 35 gün öncə müayinə edilmişdi, həkimi araşdırmamışdı VİDEO

Medicina portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Nəzrinin 29 yaşı var idi, bir də azyaşlı qızı. Dekabrda övladının 3 yaşını qeyd elədik. Onun körpəsinin “anam haradadır?” sualına cavab tapa bilmirik. Ancaq anasını axtarır, onu ən son evdən anlaqsız vəziyyətdə çıxanda görmüşdü”.

Medicina.az xəbər verir ki, bunu burun əməliyyatından sonra vəfat edən Nəzrin Mansurovanın bacısı Nərmin Paşabəyli Baku TV-yə açıqlamasında deyib.

“Körpə düşünür ki, anası sağalıb, qayıdacaq. Sadəcə bizdən zamanını soruşur. Hələ ki heç kəs cəsarət toplayıb, ona cavab verə bilmir. Yoldaşı, uşağı və bizlər çarəsiz vəziyyətdəyik”, - deyə o əlavə edib.

N. Paşabəyli, həmçinin bacısının həkimi araşdırmadığını söyləyib: “Biz bilmirdik, o ancaq özü axtarırdı, dedi ki, bu həkim yaxşıdır, 10 il iş təcrübəsi var. Biz də heç nə demədik. Amma bacım həkimi yaxşı araşdırmamışdı. Quqldan baxsa belə görərdi ki, məsləhətli deyil. Sadəcə bildiyi o idi ki, həkimin təcrübəsi 10 ildir. Başqa məlumatı yox idi. Bacım əməliyyatdan 35 gün öncə müayinə edilmişdi, bu da əvvəldən görünürdü ki, həkim problemlidir”.

Xatırladaq ki, yanvarın 3-də cərrah Sənan Mehdiyev tərəfindən keçirilən əməliyyatdan bir gün sonra Nəzrin Mansurovanın vəziyyəti ağırlaşıb. O, komaya düşərək vəfat edib.

Qeyd edək ki, bu, cərrah S.Mehdiyevlə bağlı ilk hadisə deyil. 2015-ci ilin martında həmin həkimin əməliyyat etdiyi 18 yaşlı Leyla Mürsəlova klinikada vəfat etmişdi. Ailəsinin uzun müddət davam edən şikayətlərindən sonra hadisə araşdırılıb və S.Mehdiyev 8 ay 23 gün müddətinə azadlıqdan məhrum edilib. Lakin onun azadlıqdan məhrumetmə cəzası əvvəllər barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ilə əvəzlənib və cəzası çəkilmiş hesab olunub.

Daha ətraflı videomaterialda:


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://www.medicina.az
archiveBu xəbər 18 Yanvar 2025 12:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see287

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see271

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see254

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see253

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see239

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see234

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see232

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see231

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see228

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see225

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see219

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see218

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see207

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see206

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see202

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see201

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see191

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see188

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri