Icma.az
close
up
RU
Nicat Quliyev: ADY səyahət coğrafiyasının genişləndirilməsi üçün əsaslı işlər görür

Nicat Quliyev: ADY səyahət coğrafiyasının genişləndirilməsi üçün əsaslı işlər görür

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Ağdam, 30 avqust, AZƏRTAC

Qarabağla yanaşı Şərqi-Zəngəzur iqtisadi regionunda da dəmiryol infrastrukturu bərpa edilir.

AZƏRTAC xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin sədrinin müavini Nicat Quliyev Bakı-Ağdam qatarının fəaliyyətə başlaması münasibətilə keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə , Horadiz-Ağbənd dəmir yolu xəttinin layihələndirilmə işlərinin 84 faizi, tikinti-quraşdırma işlərinin isə 67 faizi yekunlaşıb: "Hazırda xəttin 75-106 kilometrlik hissəsində torpaq işləri və mühəndis qurğularının inşası aparılır. Layihə çərçivəsində Yuxarı Mərcanlı, Şükürbəyli, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz və Ağbənd stansiyalarının tikintisi nəzərdə tutulur. Körpülər, avtomobil keçidləri, tunellər, qalereyalar və istinad divarları daxil olmaqla, ümumilikdə 553 mühəndis qurğusunun tikintisi həyata keçiriləcək".

ADY sədrinin müavini qeyd edib ki, Horadiz-Ağbənd xəttinin tikintisini tez bir zamanda tamamlanması və Ermənistan sərhədinə çatdırılması üçün işlər görülür. Artıq Türkiyədə də Naxçıvanla sərhəddə Zəngəzur dəhlizinə birləşəcək Qars-Iğdır-Aralıq-Dilucu dəmiryol xəttinin təməli qoyulub.

Onun sözlərinə görə, ADY sərnişindaşıma xidmətinin təkmilləşdirilməsi, xidmət keyfiyyətinin artırılması, səyahət coğrafiyasının genişləndirilməsi üçün əsaslı işlər görür: "Ötən il daha müasir və sürətli yataq tipli qatarla Bakı-Balakən-Bakı marşrutunu bərpa etmişik. Bakıdan Şəki, Qax, Zaqatala və Balakənə və əks istiqamətlərdə hər gün səfərlər təşkil olunur”.

N. Quliyev qeyd edib ki, ölkə daxili səyahət coğrafiyasını genişləndirmək üçün Bakı-Ağstafa xətti Qazaxa qədər uzadılıb və bu xətlə ilk dəfə sürətli “Stadler” qatarları hərəkətə başlayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Avqust 2025 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

13 Oktyabr 2025 21:05see265

Türkiyə və Azərbaycan Yaxın Şərqdə sülhün davamlı olmasına dəstək verəcək

14 Oktyabr 2025 15:27see220

Gürcüstan DTX “İmedi“ televiziyası ətrafında təxribatla bağlı araşdırmalara başlayıb YENİLƏNİB

13 Oktyabr 2025 20:18see202

Türkiyə Gürcüstan qarşılaşması bu kanalda

14 Oktyabr 2025 11:01see197

Siz, bürcünüzə görə hansı yadplanetlisiniz..?

14 Oktyabr 2025 00:26see176

Tərkibində buz olan komet Günəş sisteminə daxil olur

13 Oktyabr 2025 09:32see171

Misirdə keçirilən Sülh Sammitinin əhəmiyyəti böyükdür

14 Oktyabr 2025 11:26see166

“Tədbirlər qarşılıqlı əlaqələri daha da gücləndirir”

13 Oktyabr 2025 19:08see153

Dünyadakı aviaşirkətlər sərnişinlər üçün qaydaları dəyişdirdi ekspertlər nədən qorxurlar?

13 Oktyabr 2025 12:50see150

Səhər yeməyində yeyənin zehni açılır: Alzheymer və demans riskini azaldır

13 Oktyabr 2025 08:09see142

Ağrıları bir anda azaltmağın qorxulu üsulu açıqlandı

13 Oktyabr 2025 19:02see135

20 dəqiqə belə kifayətdir Təbiətdə olmağın 4 FAYDASI

14 Oktyabr 2025 05:06see135

Tarixi maksimum: Qızılın qiyməti ən yüksək həddə çatdı

14 Oktyabr 2025 05:59see134

Turist Azərbaycanda ruslara münasibətdən danışıb…

13 Oktyabr 2025 22:07see130

Bakıda Azərbaycan İran əməkdaşlığına dair aktual məsələlər müzakirə olunub

13 Oktyabr 2025 18:37see129

44 günlük ZƏFƏR YOLU: Generalın döyüş qeydləri VIII HİSSƏ

13 Oktyabr 2025 12:46see126

Fransa xal, Qazaxıstan DÇ yə yollanmaq şansını itirdi gecənin nəticələri

14 Oktyabr 2025 03:20see125

Əs Sisi: Şarm əl Şeyx Sülh Sammiti həlledici tarixi andır

13 Oktyabr 2025 21:13see125

Saxta psixoloqların ən böyük gücü insanların ağrılarından qazanc əldə etmələridir MÜSAHİBƏ

13 Oktyabr 2025 21:17see125

Xarkovda ardıcıl partlayışlar: elektrik enerjisi kəsildi

14 Oktyabr 2025 03:21see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri