Niderland çempionatında böyük qalmaqal
Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.
Niderland yüksək liqasında (Erediviziya) azı 133 matçın nəticəsinin futbolçuların qeydiyyatındakı ciddi səhv səbəbindən etibarsız sayılması təhlükəsi yaranıb.
İdman.Biz xəbər verir ki, buna səbəb oyunlarda iştirak edən bəzi futbolçuların zəruri sənədlərə malik olmamasıdır. Liqada çıxış edən çox sayda oyunçu beynəlxalq arenada müvafiq yığmaların şərəfini qorumaq üçün İndoneziya, Surinam və ya Kabo-Verde kimi ölkələrin ikinci vətəndaşlığını qəbul edib.
Lakin Niderland qanunlarına görə, bu halda həmin şəxslər avtomatik olaraq Avropa ölkəsinin vətəndaşlığını itirirlər. Belə olan təqdirdə, onlar Niderlandda peşəkar fəaliyyətlərini davam etdirmək üçün mütləq şəkildə iş icazəsi sənədi rəsmiləşdirməli idilər.
Məlum olub ki, bu qayda pozuntusuna bir neçə il ərzində diqqət yetirilməyib. Yalnız bu ilin yazında “NAK Breda” futbol komandası hüquqi pozuntunu aşkar edərək qarşılaşmalardan birinin yenidən keçirilməsini tələb edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 30 Aprel 2026 02:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















