Icma.az
close
up
RU
Niderland futbolunun əfsanəsinin oğlu Bakıya gələ bilər

Niderland futbolunun əfsanəsinin oğlu Bakıya gələ bilər

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Niderland futbolunun canlı əfsanəsi Yohan Kroyfun oğlu Yordi tezliklə “Qarabağ” ilə “Ayaks” arasında keçiriləcək Çempionlar Liqasının Bakı oyununda iştirak edə bilər.

İdman.Biz-in “De Telegraaf” nəşrinə istinadən verdiyi məlumata görə, Yordi Kroyf “Ayaks”da Aleks Krousun əvəzləyəcəyi idman direktoru vəzifəsinə əsas namizədlərdən biridir.

Hazırda Kroyf İndoneziya millisinin texniki məsləhətçisi kimi çalışır və “Barselona” da daxil olmaqla müxtəlif klublarda idman direktoru kimi təcrübəyə malikdir. Bu amil onu potensial namizədlər siyahısında daha üstün mövqeyə çıxarır. Təyinat rəsmiləşəcəyi halda, onun Çempionlar Liqasının səfər matçlarında, o cümlədən Bakıda “Qarabağ”a qarşı görüşdə komandaya müşayiətçi qismində qatılması istisna edilmir.

“Ayaks” rəhbərliyi artıq açıq şəkildə bildirib ki, əvvəlcə yeni idman direktoru təyin olunacaq və yalnız bundan sonra onunla birlikdə əsas məşqçi məsələsinə baxılacaq. Səhmdarlarla keçirilən görüşdə klubun baş direktoru Menno Helen vurğulayıb ki, klub uzunmüddətli idarəetmə modeli qurur və idman blokunun strukturu təsdiqlənmədən baş məşqçi seçimində tələskənlik göstərmək niyyətində deyil.

Hazırda komandaya baş məşqçinin səlahiyyətlərini icra edən Fred Qrim rəhbərlik edir. O, Con Heytinqa ilə yollar ayrıldıqdan sonra bu vəzifəni icra edir. Niderland mediası qeyd edir ki, Qrim yaxın perspektivdə “Ayaks”ın sükanını əlində saxlamaqda davam edəcək. Məhz onun Çempionlar Liqasının həlledici oyunlarına, o cümlədən Bakıda “Qarabağ”la baş tutacaq qarşılaşmaya komandanı hazırladığı bildirilir.

Xatırladaq ki, Ağdam və Amsterdam klubları arasında görüş dekabrın 10-da Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Çempionlar Liqasının əsas mərhələsinin dörd turundan sonra “Qarabağ”ın aktivində 7 xal var və komanda turnir cədvəlində 15-ci yerdə qərarlaşıb. “Ayaks” isə heç bir xal toplamadan son - 36-cı pillədə yer alır.

Teymur Tuşiyev

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 20 Noyabr 2025 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see392

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see235

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see211

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see209

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see201

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see181

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see180

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see176

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see168

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see167

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see165

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see165

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see163

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see150

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see148

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see147

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see142

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see141

Aydın Sezer: ABŞ Latın Amerikasını hələ də arxa bağçası kimi görür

04 Yanvar 2026 18:38see138

İranda etirazların səkkizinci günüdür

04 Yanvar 2026 09:16see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri