Icma.az
close
up
RU
Niderland və Almaniya kəşfiyyatlarından şok ittiham Rusiya Ukraynada kimyəvi silah tətbiq edir

Niderland və Almaniya kəşfiyyatlarından şok ittiham Rusiya Ukraynada kimyəvi silah tətbiq edir

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Ukrayna cəbhəsində yeni və daha təhlükəli bir tendensiya aşkarlanıb: Rusiya ordusu beynəlxalq hüquqla qadağan olunmuş kimyəvi silahdan genişmiqyaslı şəkildə istifadə edir.

“AzPolitika” xəbər verir ki, belə bir sensasiyalı açıqlama iyulun 4-də Niderland və Almaniyanın kəşfiyyat xidmətləri tərəfindən verilib.

“Reuters” agentliyinin yaydığı məlumata görə, kəşfiyyat orqanları Rusiyanın Ukrayna səngərlərinə qarşı boğucu maddələrdən istifadə etdiyini bildirir. Ən çox istifadə olunan maddələrdən biri Birinci Dünya müharibəsindən tanınan və son dərəcə təhlükəli hesab edilən xloropikrindir. Bu maddə əsasən dronlar vasitəsilə atılır və səngərlərdə gizlənən Ukrayna hərbçilərini zəhərləyərək döyüşə yararsız hala gətirməklə, daha sonra onların məhv edilməsinə şərait yaradır.

Niderlandın müdafiə naziri Ruben Brekelmans məsələ ilə bağlı bəyanatında kimyəvi silahların artıq Rusiya ordusunda “normallaşmış və standartlaşdırılmış” əməliyyat alətinə çevrildiyini bildirib. O, bu təhdidin yalnız Ukrayna ilə məhdudlaşmadığını, eyni zamanda Avropa və dünya üçün genişmiqyaslı təhlükə yaratdığını vurğulayıb.

Brekelmans, Rusiyanın kimyəvi silah tətbiqini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmağın vacibliyini qeyd edərək, Moskva ilə bağlı sanksiyaların sərtləşdirilməsini və bu ölkənin beynəlxalq təşkilatlardan, o cümlədən Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatının (OPCW) İcraiyyə Şurasından kənarlaşdırılmasını təklif edib.

Almaniyanın xarici kəşfiyyat xidməti BND də bu məlumatları təsdiqləyib və bildirib ki, Rusiyanın kimyəvi silah istifadəsinə dair sübutlar Niderlandla birgə toplanıb. Niderland hərbi kəşfiyyatının rəhbəri Piter Reysink isə vurğulayıb ki, söhbət sadəcə taktiki təcrübədən deyil, Rusiyanın dövlət səviyyəsində genişmiqyaslı kimyəvi silah proqramından gedir.

Onun sözlərinə görə, Rusiya yalnız bu maddələri tətbiq etmir, eyni zamanda kimyəvi silah istehsalını artırır, elmi araşdırmalara və yeni maddələrin hazırlanmasına böyük resurs ayırır, həmçinin mütəxəssisləri verbovka edir. Daha təhlükəlisi isə odur ki, bu sahədə rus hərbçilərinə müntəzəm təlimlər keçirilir və zəhərli maddələrdən istifadə üzrə göstərişlər verilir.

Ukrayna tərəfi dəfələrlə Rusiyanı kimyəvi silahlardan istifadə etməkdə ittiham edib. Rəsmi məlumatlara görə, azı üç Ukrayna hərbçisi kimyəvi zəhərlənmə nəticəsində həlak olub, 2 500-dən çox insan isə müvafiq simptomlarla tibb məntəqələrinə müraciət edib. Bunlar arasında göz və dəri yanmaları, nəfəs çatışmazlığı, ürəkbulanma, qusma və ağciyər zədələnmələri başlıca simptomlardandır.

Hazırda OPCW bu iddialarla bağlı genişmiqyaslı araşdırma aparmayıb, çünki belə istintaq yalnız təşkilat üzvlərinin rəsmi müraciəti əsasında başlaya bilər. Lakin hələlik belə bir təşəbbüs irəli sürülməyib.

Rusiyanın Müdafiə Nazirliyi məsələ ilə bağlı “Reuters”-in sorğusuna cavab verməyib. Lakin Kreml əvvəllər dəfələrlə bu kimi ittihamları inkar edib və əksinə, kimyəvi silahlardan Ukrayna tərəfinin istifadə etdiyini iddia edib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu həftə bildirib ki, Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Ukraynanın şərqində xloropikrinlə doldurulmuş partlayıcı maddələrin gizləndiyi anbar aşkar edib. Ukrayna tərəfi bu iddiaları qəti şəkildə rədd edir və Rusiyanın diqqəti yayındırmaq üçün belə təbliğat üsullarına əl atdığını bildirir.

Piter Reysinkin fikrincə, Rusiyanın bu taktikası dünyada kimyəvi silah istifadəsini leqallaşdırmağa xidmət edə bilər. “Əgər biz bu fəaliyyəti ifşa etməsək və ictimaiyyətə açıqlamasaq, çox güman ki, bu təcrübə daha da genişlənəcək”, – deyə o xəbərdarlıq edib.

Hazırda kimyəvi maddələr əsasən dronlardan atılan xloropikrinlə dolu ampulalar, butulkalar və digər improvizə edilmiş vasitələrlə tətbiq olunur. Bu isə onu göstərir ki, Rusiya həm hərbi texnologiya, həm də qeyri-ənənəvi vasitələr vasitəsilə yeni müharibə qaydaları formalaşdırır, beynəlxalq hüquq və humanitar normaları isə bir daha tapdalayır.

Rasim Əliyev

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:72
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 04 İyul 2025 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see285

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see282

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see254

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see204

”, ”, topaz ın sahibi ən varlı adam oldu

01 Yanvar 2026 23:37see197

Xəbərdarlıq Yer kürəsində maqnit qasırğası başladı

03 Yanvar 2026 01:15see178

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see163

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see155

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see144

Dünya əhalisinin sayı rekorda yaxınlaşır

02 Yanvar 2026 23:37see143

Cəbrayıl şəhərinin işğaldan azad olunmasından 2 il ötür

03 Yanvar 2026 03:59see143

Səhralar yaşıllaşacaq: Çinli alimlərdən inqilabi metod

02 Yanvar 2026 02:41see142

İran xarici müdaxiləyə sərt cavab veriləcəyini bəyan edib

02 Yanvar 2026 18:54see142

Kolumbiya hərbçiləri 4 ton kokain daşıyan gəmini ələ keçiriblər

02 Yanvar 2026 00:14see138

Araqçi Trampın iranlı etirazçılara dəstək bəyanatlarını “düşünülməmiş və təhlükəli” kimi qiymətləndirib

03 Yanvar 2026 01:30see137

“Qurban Qurbanov çox sərt məşqçidir” Koxalski

02 Yanvar 2026 20:00see134

Məşhur ekstrasensdən Azərbaycanla bağlı 2026 PROQNOZLARI MÜSAHİBƏ

02 Yanvar 2026 10:12see134

23 Aprel Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür

02 Yanvar 2026 06:20see134

Bakının yarısında işıqlar söndü

02 Yanvar 2026 00:26see133

Təhsil işçilərinin rifahı fəaliyyətimizin mərkəzindədir Araz Paşayev

01 Yanvar 2026 23:54see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri