Niderlandda məktəblilər avtomobillə vuruldu: 3 ölü, 4 yaralı
Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Niderlandın cənub-qərbindəki Zeeland əyalətində velosiped sürən bir qrupun avtomobillə vurulması nəticəsində iki uşaq da daxil olmaqla, üç nəfər həlak olub.
Axar.az xəbər verir ki, bu barədə regional televiziya stansiyası “Omroep Zeeland”ın məlumatında deyilir.
Bildirilib ki, hadisə Terhole kəndi yaxınlığındakı magistral yolda baş verib. Avtomobil məktəb gəzintisində olan uşaqlar qrupunu və onları müşayiət edən böyükləri vurub. Nəticədə iki uşaq və bir yetkin şəxs ölüb. Digər dörd uşaq ağır vəziyyətdə Belçika və Niderlanddakı yaxınlıqdakı xəstəxanalara, o cümlədən Gent və Antverpen universitet xəstəxanalarına, eləcə də Erasmus Universiteti Tibb Mərkəzinə aparılıb.
Polis hadisənin səbəbləri ilə bağlı araşdırmaya başlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 11 İyun 2026 20:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















