Niderlandın İrandakı səfirliyi Bakıdan Tehrana qaytarılıb
Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ ilə İsrailin fevralın 28-də İrana hücumundan sonra başlayan müharibəyə görə, Niderlandın İslam Respublikasında səfirliyi Azərbaycanda fəaliyyət göstərirdi və artıq Tehrandakı işini bərpa edib.
"Report" xəbər verir ki, bu barədə Niderlandın Azərbaycandakı səfirliyi "X" sosial şəbəkə hesabında məlumat yayıb.
"Müvəqqəti olaraq Azərbaycandan fəaliyyət göstərdikdən sonra Niderland Krallığının İrandakı Səfirliyi 7 iyun 2026-cı il tarixindən etibarən Tehranda fəaliyyətini bərpa edib", - məlumatda bildirilib.
Paylaşımda dəstəyə görə Azərbaycana təşəkkür də yer alıb.
Xatlırladaq ki, martın 10-da Niderlandın İrandakı diplomatik missiyasının rəhbəri Emil De Bont Tehrandakı səfirliyin müvəqqəti olaraq Azərbaycanda fəaliyyət göstərəcəyini açıqlayıb. Niderland Krallığının Azərbaycandakı səfiri Marian de Yonq isə aprelin 29-da Tehrandakı səfirliyin fəaliyyətini Bakıda davam etdirdiyini bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:193
Bu xəbər 09 İyun 2026 19:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















