Icma.az
close
up
RU
Niderlandın xüsusi elçisi: Su böhranı dünya ölkələrinin ÜDMlərində 15 %ə qədər itkiyə səbəb ola bilər

Niderlandın xüsusi elçisi: Su böhranı dünya ölkələrinin ÜDMlərində 15 %ə qədər itkiyə səbəb ola bilər

Report.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qlobal Su İqtisadiyyatı Komissiyasının hesablamalarına görə, su böhranı dünya ərzaq istehsalını təhlükə altına qoyaraq 2050-ci ilə qədər ölkələrin ÜDM-lərində 8 %-dən 15 %-ə qədər itkiyə səbəb ola bilər.

“Report” xəbər verir ki, bunu Niderlandın su məsələləri üzrə xüsusi elçisi Meike Van Ginneken COP29 çərçivəsində keçirilən “İqlim, təbiət və insanlar üçün suyun həyat xəttini qeyd edirik” adlı tədbirdə bildirib.

"Bu səbəbdən Bakı Bəyannaməsi suyun qlobal iqlim gündəminə daxil edilməsi istiqamətində mühüm bir addımdır. Bu prosesi irəlilətmək artıq hər birimizin üzərinə düşən bir vəzifədir”, - M.Ginneken deyib.

Onun sözlərinə görə, su yalnız iqlim dəyişikliyinin təsirlərini göstərən bir vasitə deyil, həm də bu problemin həllində əsas rol oynaya bilər: “Daşqınlar evləri su altında qoyur, duzlu yeraltı sular məhsulları məhv edir, yağışların gecikməsi isə aclıq yaradır. Su ilə bağlı fəaliyyət artıq təxirə salına bilməz, çünki iqlim uyğunlaşması gözləyə bilməz”.

M.Ginneken iqlim dəyişikliyinə uyğunlaşmaq üçün su idarəçiliyinə böyük sərmayələrin yatırıldığını vurğulayıb: “Ölkələr nizamsız yağıntılar, dəniz səviyyəsinin artması və duzlu su basqınları kimi risklərə qarşı innovativ texnologiyalar tətbiq edir, bataqlıqları, gölləri və çayları qoruyur və bərpa edir”.

O bildirib ki, su və torpaq resursları məkan planlaşdırma qərarlarında əsas prinsip olaraq qəbul edilməlidir: “Hətta bizim kimi rütubətli bir ölkədə belə daha uzun quraqlıq dövrlərinə hazırlaşmalıyıq. Bu səbəbdən su idarəçiliyində innovativ həllərə fokuslanırıq”.

Niderlandın xüsusi elçisi sektorlararası əməkdaşlığın genişləndirilməsinin vacibliyini də vurğulayıb: “Su yalnız bir sektor deyil. Su resurslarının idarə olunmasında kənd təsərrüfatı, şəhərlər və məkan planlaşdırması kimi sahələrdə birgə işləməliyik. Niderland öz bilik və təcrübəsini paylaşmağa və qlobal səviyyədə su təhlükəsizliyinə nail olmaq üçün əməkdaşlığa hazırdır”.

Bizim WhatsApp kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://report.az
archiveBu xəbər 21 Noyabr 2024 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see281

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see176

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see176

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see163

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri