Niderlandlı atlet Avropa çempionatının finalında huşunu itirib
sport24.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Niderlandlı idmançı Mauren Koster qapalı məkanda keçirilən Avropa çempionatında 3000 metr məsafəyə qaçışda finalda huşunu itirib. Sport24.az "De Telegraaf"a istinadən xəbər verir ki, 32 yaşlı idmançı rəqiblərindən birinin ona toxunmasından sonra yıxılıb.
O, yıxılanda başı yerə çırpılıb və bundan sonra özündən gedib.
Niderland Atletika Federasiyasından bildirilib ki, həkimlərin müdaxiləsindən sonra atlet xəstəxanada özünə gəlib.
Qeyd edək ki, Koster 2015-ci ildə qapalı məkanda keçirilən Avropa çempionatının 3000 metr məsafəyə qaçışda bürünc mükafat qazanıb. Üçqat Niderland çempionu 2016-cı ildə keçirilən Yay Olimpiya Oyunlarında da iştirak edib.
Baxış sayı:95
Bu xəbər 10 Mart 2025 11:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















